Xalqımız tarixboyu çox saylı çətinliklərlə üzləşib. Bunun geosiyasi və coğrafi baxımdan səbəbləri çoxdur. Azərbaycanımız coğrafi baxımdan əhəmiyyətli mövqedə yerləşir. Mərkəzi Asiya ilə Şərqi Avropanı birləşdirən əsas kommunikasiya xətlərinin üzərində yerləşməsi, ərazimizin strateji önəmini özündə ehtiva edir. Tarixi “İpək Yolu”nun dövrü üçün iqtisadi baxımdan vacibliyi, bu yol üzərində nəzarətin ələ keçirilməsi istəyini daim alovlandırmışdır. Regionumuzun strateji əhəmiyyətinə Xəzər dənizinin də öz dəyərini qatması ilə Vətənimizin yerləşmiş olduğu coğrafi ərazi daha da əhəmiyyətlilik qazanmış, məhz, Xəzərin sularının köməyi ilə “İpək Yolu”nun ticari dövriyyə müddəti iki aya qədər azalmışdır. O dövrlər üçün bu inanılmaz dərəcədə vacib bir məsələ idi. Asiyadan Avropaya gətirilən hər hansısa bir əmlakın bazarlara çatdırılmasının sürətləndirilməsi, əldə olunacaq gəlirin dəfələrlə çoxalmasına şərait yaratmış olurdu. Xəzərin sularında karbohidrogen ehtiyatların da aşkar olunub kəşf edilməsi ilə ərazilərin həm regional, həm də qlobal əhəmiyyətini birə-beş artırmış oldu. Zaman keçdikcə karbohidrogen ehtiyatlardan insanların daha da asılı vəziyyətə düşməsi ilə əhəmiyyətlilik sürətlə artmaqda davam etməkdə idi. Ərazilərimizin Böyük bir İrsin, Xalqın, Adətin, Keçmişin də düz mərkəzində əsas bəndi rolunu oynaması ümumxalqlar qarşısında məsuliyyətin əhəmiyyətinin dərk edilməsini şərtləndirmiş olur. Müstəqil Azərbaycan Respublikası və Mübariz Azərbaycan Xalqı olaraq belə coğrafi əhəmiyyətə malik ərazidə yerləşməyimiz və yaşamağımız bizim gücümüzdən və eyni zamanda da daşıdığımız məsuliyyətimizdən xəbər verir. Qlobal təhlükəsizlik kontekstində Azərbaycanın alternativ xətləri də öz üzərində birləşdirməsi məsuliyyətini dünya xalqları və dövlətləri qarşısında artırır, ərazimizin geosiyasi əhəmiyyətini artıraraq qlobal təhlükəsizliyin təmin olunması məsələsində ön plana çıxarırdı.
Belə bir məsuliyyəti dərk edərək Azərbaycan XX əsrin sonlarında ikinci dəfə çox böyük çətinliklərə sinə gərərək müstəqilliyini yenidən qazana bilir. Dövlətimizin cavan olmasından, bütün sahələr üzrə bərpa və inkişaf islahatlarının aparılmasına hələ yenicə başlanıldığı anda Vətənimiz iki istiqamətli hücuma məruz qalır. Birinci istiqamət ölkəmizin qərb istiqaməti, ikinci istiqamət isə şərq istiqaməti olur. Rayonlarımız bir-birinin ardınca işğal olunur. Ordusu hələ formalaşmayan dövlətimiz bu işğalın qarşısını ala bilmir. Xalqımız torpağımıza sinəsilə sipər çəksə də hakim dairələrdəki hərcmərclik birliyimizə xələl gətirir. Xəzərimiz şərq istiqamətində bizi köməyə çağırır. Məğlubiyyətlər davamlı olaraq başımızın üstünü qara buludlar kimi kəsdirir.
Xalqımız təslim olmur. Mübariz Xalqımız çıxış yolunu arayır. Nəhayət səhhətilə bağlı problemlərinin olmasına baxmayaraq Azərbaycan Xalqının Ulu Öndəri, Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev canı bahasına sevdiyi Xalqının və Vətəninin çətin günündə onun müraciətinə, harayına biganə qala bilmir. Qala bilməzdi də. Axı, bu Dahi Şəxsiyyət XX əsrin 60-cı illərindən bu mübarizəyə qoşulmuş, “Milli Özünə Qayıdış”ın və “Milli Özünüdərk”in banisi idi. Ümummilli Liderimiz Heydər Əliyev Xalqın istəyi ilə Bakıya gəlir. O günü xatırlayıram. Milyonlarla insan Onu qarşılayır, Onu salamlayırdı. Hətta, xatırlayıram anam sevinc göz yaşlarına sahib ola bilmədi. Dediyi sözləri hələ də xatırlayıram “Axır ki, Xalqımız Babamız Heydər Əliyev sayəsində qurtulacaq”. Heydər Əlirza oğlu Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir. Dayanmır, bu Dahi Şəxsiyyət gecələr belə uyumur. Bilirdi ki, vaxt çox az, iş isə çox idi. İşinə ölkədəki hərcmərcliyə son qoymaqla başlayır. Cəbhədə ard-arda məğlubiyyətlə üzləşən yenicə yaranmaqda olan ordumuza kömək etmək əvəzinə hərbi hissəsilə siyasi maraqları ardınca qaçanlar Xalq qarşısında məsuliyyətə cəlb olunur. Xalqımız Həmişəyaşar Liderimizin ətrafında toplaşır, onun gücünə güc qatır. Qərb istiqamətində Rəşadətli Ordumuz bir-birinin ardınca həmlələrə başlayır. Nailiyyətlər nəticəsində düşmən atəşkəs razılaşdırılmasına imza çəkməyə məcbur etdirilir. Azərbaycanımızın bugünkü səviyyələrə qədər gəlib çıxarılması üçün əlverişli zəmin yaradılmış olur.
20 Sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi”imzalanır. Tarixdə ilk dəfə Dövlət, Azərbaycan, Heydər Əlirza oğlu Əliyevin rəhbərliyi ilə taktiki səviyyədə məğlub olmasına baxmayaraq, strateji səviyyədə qələbə qazanır. Burada, bəlkə də kimlərinsə, fikrindən yayınmış ola biləcək çox incə,lakin, Azərbaycan xalqı, Azərbaycançılıq üçün əhəmiyyətinin hədd və hüdudu olmayan “Xalqının gələcək təhlükəsizliyinin əsrlər boyu təmin edilməsi” məsələsi üzərində dahiyanə bir qələbə qazanıldı. Təbii ki, bu ancaq bir nəfərin, Heydər Əliyevin təyin etdiyi kursun nəticəsi ola bilərdi. Ancaq, çox uzaqgörən və nadir bir siyasi xadim tərəfindən “Milli Qurtuluş”un “Qlobal Təhlükəsizlikdə” ehtivası reallaşdırıla bilərdi ki, məhz, Ümummilli Liderimiz siyasi, iqtisadi və hərbi iradəsilə məqsədini həyata keçirmiş oldu.
Mənfur düşmənin “Dənizdən dənizə böyük dövlət xülyası”nın əsil mənası Qara dənizdən Xəzər dənizinədək ərazini min bir pis fikirlər və siyasətlə ələ keçirtmək, gələcəkdə (hansı ki, artıq bir çoxu reallaşdırılıb: TAP, TANAP, BTC, BTQ və s.) şərq ilə qərbi birləşdirən mühüm kommunikasiya xətləri üzərində yerləşmək, qlobal təhlükəsizlik kontekstində ərazisinin və bu ərazidəki xalqının təhlükəsizliyini təmin etmək idi. Yəni strateji səviyyədə yüz illərlə planlaşdırılan məhz bu idi ki, Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin və layiqli davamçısı, Praqmatik, Uzaqgörən və Müzəffər Prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə nəinki, bunun qarşısı alınmış oldu, hətta, bu strateji plan lehimizə çevrilərək düşmən üzərində əsaslı qələbə qazanıldı. Məhz bu da “Milli Qurtuluş” kursunun inkişafının davamı kimi dəyərləndirilir.
“Milli Qurtuluş”un banisi Heydər Əlirza oğlu Əliyev bu günlər üçün gələcəkdə baş verməsi ehtimal olunan hadisələri görürdü. Həyatın ona bəxş etdiyi ən böyük hədiyyəni, bircə oğlunu belə “Vətəninə” həsr etdi. Cənab Ali Baş Komandanımızı, Möhtərəm Prezidentimizi bu günümüz üçün hazırladı. Möhtərəm Prezidentimiz nailiyyətləri davam etdirir, yeni dövrün çağdaş çağırışlarına uyğun möhkəm iradə nümayiş etdirərək “Vətənimiz”in nüfuzunu həm qlobal, həm də regional müstəvidə artırdı və daha da artırmaqdadır.
Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev müasir dünyanın yeni çağırışlarına uyğun olaraq həm qlobal, həm də regional səviyyədə çox saylı islahatların həyata keçirməsinə başladı. Mötəbər beynəlxalq təşkilatların kürsülərində inamlı, cəsarətli, məntiqli çıxışları ilə diqqətləri cəlb etdi. Məqsədlər isə dəyişməz idi, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qorumaq, Güclü Azərbaycanın var olmasını, Azərbaycan Xalqının rifahının yaxşılaşdırılmasını və təhlükəsiz gələcəyini təmin etmək. Təyin edilmiş sağlam kurs dünya səviyyəsində tanıdıldı, bəyənilməsi təmin edildi. Möhtərəm Prezidentimizin müstəqil siyasət yürütməsi və eyni zamanda qlobal böhranlardan çıxış yollları axtarışında özünəməxsus yanaşması, fikirləri rəğbətlə qarşılanır, rəyinə böyük hörmətlə yanaşılırdı. Cənab Ali Baş Komandanımızın rəhbərliyi dövründə Azərbaycan qlobal təhlükəsizliyin təmini xəritəsində etibarlı mərkəzə çevrildi, nəticədə “Əsrin Müqaviləsi” olaraq dünya tarixinə qızıl hərflərlə yazılan Azərbaycanın strateji qalibiyyəti davam etdirildi, Heydər Əlirza oğlu Əliyevin rəhbərliyi ilə 1994-cü ildə reallaşdırılan bu müqavilə, layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin rəhbərliyi dövründə senytabr ayının 14-ü 2017-ci ildən 2050-ci ilədək uzadıldı. Onun düşünülmüş islahatları və müdrik qərarları Azərbaycanımızın inkişafı yolunda yeni nəfəs oldu, Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına yüksəldi.
Dünyəvi dövlətlərin öz maraqlarının diqtəsinin qarşısı alındı. İkili standartların iç üzünün açılması reallaşdırıldı. Azərbaycan bütün istiqamətlər üzrə müsbət inkişaf dinamikasına görə region, habelə, çox saylı dünya ölkələrini üstələdi.
Məhz, Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə qabaqcıllar siyahısında yer alıb. Ümumi infrastrukturun inkişafına görə Azərbaycan bir sıra qabaqcıl ölkələri belə geridə qoyub. Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə aparılan ümumi islahatların nəticəsində Azərbaycan dünya səviyyəli hesabatlarda ən islahatçı dövlətlər siyahısında ilk 10 ölkədən birinə çevrilmişdir.
Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev siyasi kursunda daim tarazlaşdırılmış konsepsiyaya üstünlük vermiş, nəticədə Azərbaycanımızın və rəhbəri Cənab İlham Əliyevin beynəlxalq nüfuzu daha da artmışdır. Azərbaycan ilə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri qatılmaqda hələ də davam etməkdədir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur. Bunu sübut edən ən böyük amillər Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi və özündə 120 ölkəni, eyni zamanda dünyanın ən nüfuzlu təşkilatlarını birləşdirən “Qoşulmama hərəkatı”nın 25 oktyabr 2019-cu ildə keçirilən XVII Zirvə görüşündə yekdil qərarla sədrliyin növbəti üç il üçün Azərbaycana verilməsidir. Azərbaycan istər region, istərsə də qlobal təhlükəsizliyə böyük töhfə verən ölkə olaraq söz sahibinə çevrilib. Beynəlxalq Təşkilatların belə təmin etməkdə çətinlik çəkdiyi qlobal və regional təhlükəsizliyin bərpası missiyasını üzərinə götürdü və bu çətin missiyanın layiqincə öhdəsindən gəldi .
Qlobal və 44 günlük “Vətən Müharibəsi”ndə Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz böyük qələbə qazandı. Möhtərəm Prezidentimiz bir Lider kimi mübarizədən usanmadı, bütün çətinliklərlə üz-üzə gəldi, təyin edilmiş kursu sədaqət və yüksək əzmkarlıqla davam etdirdi.
Yazar
Məmmədova Leyla İslam qızı
(Bərdə rayonu)