Şərqdən doğan günəşdi bu adın mənası. Xavər adı... qadın adı, ana adı. Bəli, bu adın dəyəri bəşəriyyəti işıqlandıran, isidən gönülləri, xoş edən insanlara həyat eşqi verən Günəş kimidi Xavər!!! Bütün qadınlar kimi o da həyat yolu kecib, ömür adlı həyat kitabının bütün səhifələrini ailə adlı kiçik dövlətin qanunlarını ali tutaraq qayğıkeş ana olaraq ailəsinə sadiq yoldaş, övladlarına mehriban ana, nəvələrinə sevimli nənə bir sözlə əsl Azərbaycanlı qadınına xas olan yüksək mədəniyyəti, insansevərliyi ilə hər zamam hər şeyə yerində təəcüblənərək, səbr, təmkin, dözüm nümayş etdirərək çətinlikləri zamana etibar edib sonunda Allahdan xeyir olanı gözləyərək aldığı səbr mükafatı onu yaşatdı bu həyatda. Hər sabah doğan Günəş günün sonunda batır. Amna Xavər adlı bir ana Günəş misalı illərcə şərqdən-qərbə bir ömür yolu keçdi. Bu yolu gedərək nəhayət qərbə gəlib çatdı. Amma Günəşdən fərqli ertəsi bir daha doğmadı yeni sabaha. Son mənzilinə yol aldı Allahın rəhmətinə qovuşdu.
Yerin cənnət olsun Xavər ANA, nur içində yatasan. Gözü yolda olan sevənlərinə Allah səbr verin. ANA yolun düşsə bu dünyaya birdə gəl.
Nail Amin Zaman
“Xezertv.info”nun icraçı direktoru,
“Qızıl qələm” mükafatçısı