19 yaşlı qəhrəman Cəbrayıl Dövlətzadə
O, Vətən müharibəsində cəmi 1 gün iştirak etdi. 1 gün, hətta bir neçə dəqiqə ərzində elə bir hadisəyə imza atdı ki, nəşi fəxri xiyabanda, xatirəsi isə bütün Azərbaycanın yaddaşında əbədiləşdi.
Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum zamanı öncə erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur, düşmənə ağır zərbə vurur və General-mayor Polad Həşimovun qisasını alır.
Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun uyuduğu məzarlıqda dəfn olunub.
11.09.2021 - ci il Cəbrayıl Dövlətzadənin cənnətdə ilk mövludu. Hər kəs Şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadənin yanında idi. Oğlu ilə fəxr edən ananın məzar başında dedikləri " Cəbrayıl sən mənim dostum, sirdaşım, qardaşım idin. Sənsiz həyat çox sıxır məni. Amma mən səni yaşatmaq üçün yaşamağı qarşıma məqsəd qoymuşam."
Yasəmən Qəyyumlu mövludda iştirak edərək, anaya təsəlli verdi. Cəbrayılın məzarı başında çıxışı zamanı onun göstərdiyi hünərindən danışdı Yasəmən xanım. Şəhidimizə Allahdan rəhmət dilədi, dualar oxudu. ZƏFƏR kitabında imzası olan Azərbaycanın hərb tarxində Cəbrayılın adı daim hallanacaq. Ruhun şad olsun şəhid!
Allahb bütün şəhidlərimizə rəhmət eləsin.
Maqsud Ələkbərov