Masallı rayon icra başçının yeni kadr təyinatı olmuşdur
Xəbər verdiyimiz kimi Masallı Rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun müvafiq əmri ilə Afəddin Ənvər oğlu Kərimov Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Qeyd edək ki, Afəddin Kərimov 18 noyabr 1982-ci ildə Masallı rayonunun Əminli kəndində anadan olmuşdur.
2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr təhslili almışdır.
2005-2012-ci illərdə Masallı rayon Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrdinə çalışmış, 2012-2017-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən 2020-ci ilədək Masallı Rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi 2020-ci ildən 2021-ci ilədək həmin şöbənin müdir müavini vəzifələrində çalışmışdır.
Afəddin müəllim çalışqan, sədaqətli, enerjili, intzamlı, məsuliyyətli, prinspial...bir işçidir. Vaxtilə atası Ənvər müəllim də Masallıda ştatlı komsomol katibi kimi ictimaiyyətçilik edib, müəllim olub. İndi veteran müəllimdir…
Biz əminik ki, o, yeni vəzifədə də özünü göstərəcək, başqalarına nümunə olacaqdır.
Ailəlidir, 3 övladı var...
Təbrik edirik, Afəddin müəllim. Allah xeyrini versin!
ƏLİHÜSEYN ŞÜKÜROV.