• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Sumqayıtda Bayraq Muzeyinin açılışı olub

Tarix : 16-12-2017, 11:27 Oxunub : 721 Bölmə :gundem / iqtisadiyyat / medeniyyet / ust / manset
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub





























Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib.

Ulusəs AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Muzeylə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərəcək. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.

Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buradakı eksponatlarla tanış olmalarına imkan yaradır.

Prezident İlham Əliyevə məlumat verildi ki, bulvarın sahilində gəmilərin yanalması üçün uzunluğu 800 metr olan körpü inşa edilib. Burada 10 metr hündürlüyündə estakada salınıb. Ərazidə müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb.

Qeyd edək ki, bu cür muzeylərin yaradılması gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onların Vətənə, dövlətə məhəbbət ruhunda yetişməsi və bir şəxsiyyət kimi formalaşması məsələsində mühüm rol oynayır.
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Prezident Sumqayıtda bir neçə müəssisənin açılışını etdi

    Prezident Sumqayıtda bir neçə müəssisənin ...

    16-12-2017, 10:32

  • Qubada Bayraq Muzeyi istifadəyə verilib

    Qubada Bayraq Muzeyi istifadəyə verilib ...

    8-12-2017, 08:39

  • Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlib

    Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlib ...

    7-12-2017, 16:37

  • Maştağa Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib  Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib

    Maştağa Mədəniyyət Mərkəzinin yeni binası ...

    7-12-2017, 08:40

  • Göyçayda Bayraq Muzeyi inşa olunur

    Göyçayda Bayraq Muzeyi inşa olunur ...

    6-12-2017, 08:51



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

    “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

  • “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

    “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

  • İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

    İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

  • ZAMƏDDİN  ZİYADOĞLU – 76

    ZAMƏDDİN ZİYADOĞLU – 76

  • 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

    25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

  • Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

    Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

  • “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

    “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

  • Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

    Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

  • QƏŞƏM  NƏCƏFZADƏ - 64

    QƏŞƏM NƏCƏFZADƏ - 64

  • Əkbər Yusifoğlunun təqdimatında

    Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

  • Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

    Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

  • BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

    BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

  • Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

    Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

  • Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

    Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

  • Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

    Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

  • Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!