Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması , ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Prezidentin xalqa müraciəti bitər-bitməz paytaxt sakinləri küçələrə çıxaraq şanlı qələbənin sevincini, qürurunu bölüşdü. Tezliklə bütün Azərbaycan bayram əhvali-ruhiyyəsinə qərq oldu.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...
Noyabrın 8- də Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə Azərbaycan xalqına müraciətində elan etdi: “Şuşa azad edilmişdir”. Xalqımız bu xəbəri böyük coşqu ilə qarşıladı. Azərbaycanın hər yerində küçələrə axışıb qələbəni bayram etdi.
Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020 ci il sentyabrın 27- də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8- i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bəli, 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.
Bu gün də ölkəmizdə ədliyyə sisteminin dinamik inkişafı barədə ürəkdolusu danışmaq olar. Amma indiki peşə bayramı ölkəmizin həyatında silinməz iz buraxan elə bir tarixi şəraitə təsadüf edir ki, bu əlamətdar hadisə ilə əlaqədar daha ətraflı söhbət açmamaq mümkün deyil. Bu, 30 il ərzində işğal al¬tında qalan torpaqlarımızın düşməndən təmizlənməsi, ərazi bütövlüyümüzün bərpası – Qarabağ savaşında böyük Qələbənin bəhrəsidir.
Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr isə Ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Tarixi irsin qorunması və ədliyyə sahəsində çalışan əməkdaşlarda mənəvi stimul yaradılması baxımından bu sərəncam olduqca mühüm əhəmiyyətə malikdir. Bu bayramı ədliyyə işçiləri hər il böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər. Ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşundan asılı olmayaraq bütün zamanlarda ədliyyə orqanlarının, xüsusən də məhkəmələrin qanunun aliliyinə və vəzifə səlahiyyətlərinin məsuliyyətli icrasına yönələn fəaliyyəti daim gərəkli olmuşdur. Müstəqil dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində müstəsna rol oynamış Azərbaycan Ədliyyəsinin bayramı bu baxımdan yalnız ədliyyə işçiləri üçün deyil, hər bir vətəndaşımız üçün əlamətdardır. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən ədliyyə sisteminə malikdir. 22 noyabr ədliyyə işçilərinin builki peşə bayramı günü xalqımızın Şanlı Qələbəsi ilə xüsusilə əlamətdardır. Peşə bayramlarını Qələbə sevinci ilə qeyd edən və bu zəfər günlərini bizlərə yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissi keçirən ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi, demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.
Çox böyük fəxarət və qürur hissi ilə bildirirəm ki, builki peşə bayramı bütün xalqı-mızın Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ sava¬şında qazandığı Qələbənin hədsiz sevincini yaşadığı bir vaxta düşür. Necə deyərlər, bu möhtəşəm qələbə sevincimizə sevinc qatdı, bütün azərbaycanlıları bəxtiyar etdi.
Ədliyyə işçiləri 22 noyabr gününü həm də böyük Vətən Müharibəsinin qalibi kimi qeyd edəcəklər. 10 noyabr tariximizə Qələbə Günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Böyük sevinc hissi ilə qeyd edərdim ki, ,ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını uzun illərdən sonra ədliyyə işçiləri yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayacaq. Bu hissləri, bu sevinci bizə yaşadan, nəsib edən Prezident,Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarıq. 30 il gözlədiyimiz Qarabağımızın QƏLƏBƏ NİDASI! Xalqımızın 30 illik həsrətinə şanlı, güclü ordumuzun apardığı 44 günlük müharibə son qoydu. Bəli, bu gün işğaldan azad edilən torpaqlarımız, məhz rəşadətli ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu. Bu gün işğaldan azad olunan torpqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu zəfər Azərbaycan xalqının, onun liderinin və ordusunun gücünü bütün dünyaya göstərdi.
Həmçinin qeyd edirəm ki, bir çox ədliyyə işçiləri Ali Baş Komandan cənab İlham Əliyevin səfərbərlik çağırışına səs verərək Vətən müharibəsində iştirak üçün ordu sıralarına qoşulmuş, mənfur düşmənə qarşı döyüşlərdə şərəf və şücaətlə mübarizə apararaq, torpaq¬larımızın azadlığı işinə öz töhfələrini vermişlər.
Bir məsələni də böyük fəxarətlə qeyd etmək istərdim ki, haqq uğrunda mübarizə apardığımız Böyük Vətən Müharibəsində ədliyyə və məhkəmə işçilərindən və onların ailə üzvlərindən də öz doğma torpaqlarını fədakarlıqla qoruyarkən şəhidlik zirvəsinə yüksələn və yaralanan vardır. Şəhid ailələrinin hamısına dərin hüznlə başsağlığı verir, yaralalarımıza tezliklə sağalmalarını arzulayırıq.
Bu gün ölkəmizdə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı Qələbəsi ilə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunacaq. Azərbaycanın ədliyyə işçilərinin builki peşə bayramlarını belə zəfərli günlərdə qeyd etmələri onlar üçün ikiqat sevinclidir. Ölkəmizdə qanunçuluğun qorunması, ədalətin hər şeydən ucada qalması, hər bir soydaşımızın qaza¬nılan tarixi Qələbəmizə layiq olması üçun biz ədliyyə işçiləri də qəhrəman əsgər və zabitlərimiz kimi ən yüksək vətənpərvərlik və fədakarlıqla çalışmağa borcluyuq.
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana! Yaşasın Azərbaycan xalqı! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna!
Fürsətdən istifadə edərək həm 8 noyabr zəfər bayramı, həm də 22 noyabr bütün ədliyyə işçilərinin xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibəti ilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram!
Bir ədliyyə işçisi kimi bu qələbə bizi də çox sevindirdi, fəxarət hissi keçirdik. Bu qələbə Azərbaycanı daha güclü, daha qüdrətli dövlətə çevirdi. Xalqımıza yaşatdığı qürurlu və sevincli günlərə görə, cənab Prezidentimizə, Ali Baş Komandanımıza çox sağ olun deyirik.
Bəli, Azərbaycan Ordusu öz müzəffər yürüşü ilə qəhrəmanlıq salnaməmizdə yeni şanlı səhifələr yazdı. O səhifələr ki, baxdıqca baxmaq, oxuduqca oxumaq istəyirsən. Bu qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəridir. Başqa sözlə desək, bu şanlı qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.
Mən də xalqımızı zəfər bayramı və qarşıdan gələn Ədliyyə işçilərinin peşə bayramı, həm də tarixi qələbəmiz münasibətilə təbrik edir, onlara qanu¬nun aliliyinin, insan haqla¬rının təmin olunması işində müvəffəqiyyətlər, uğurlar arzulayıram.
Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın qalib Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi İradə Kazımova