• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Doğum günü olan şəhidlərimiz

Tarix : 31-10-2021, 12:47 Oxunub : 137 Bölmə :gundem / sosial / ust / manset
Doğum günü olan şəhidlərimiz
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan altı qəhrəmanımızın doğum günüdür.

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Azərbaycan Ordusunun əsgəri Qasımzadə Tahir Sərdar oğlu 31 oktyabr 2001-ci ildə anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Tahir Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.



O, ötən ilin sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub.

Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri Rəhimli Murad İlqar oğlu 31 oktyabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub.

O, Suqovuşan uğrunda gedən ağır döyüşlərdə mənfur düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Onun geridə iki övladı yadigar qalıb.



Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun giziri Tağıyev Ramiq Teymur oğlu 1998-ci il oktyabrın 31-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub.

2004-2015-ci illərdə F. Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb.

Ramiq Tağıyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə gizir hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

O, Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.



Şəhidimiz Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çox saylı qəlpə zədələnməsindən şəhid olub.

Azərbaycan Ordusunun əsgəri Tahirov Rəşid Loğman oğlu 1989-cü il oktyabrın 31-də Beyləqan rayonunun Qaradağlı kəndində anadan olub. O, Vətən Müharibəsi başlayan gündən könüllü olaraq cəbhəyə yollanıb.

O, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda qəhrəmancasına savaşıb.



Gənc əsgər noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində şəhid olub .

O, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Alıyev Qələndər Nofəl oğlu 31 oktyabr 2001-ci ildə Bakı şəhərinin Sabunçu rayonunda dünyaya gəlib.

Qələndər Alıyev 2020-ci il, yanvarın 8-də hərbi xidmətə çağırılıb. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub,Talış-Suqovuşan bölgəsində döyüşüb.



O, oktyabr ayının 10-da, elə Talış-Suqovuşan istiqamətində gedən qızğın döyüşlərin birində şəhid olub.

Şəhid Alıyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Cəbrayıl Dövlətzadənin anım günüdür

    Cəbrayıl Dövlətzadənin anım günüdür ...

    29-09-2021, 12:44

  • Ömrünü vətənə bağışlayanlar: Üç qəhrəman şəhidimizin doğum günüdür

    Ömrünü vətənə bağışlayanlar: Üç qəhrəman ...

    18-08-2021, 11:55

  • Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür

    Vətən müharibəsində qəhrəmanlığı ilə dastana ...

    15-07-2021, 10:56

  • Əfsanəvi kəşfiyyatçı

    Əfsanəvi kəşfiyyatçı ...

    9-06-2021, 10:57

  • Balaş Cəfərov ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI

    Balaş Cəfərov ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI ...

    23-12-2020, 16:11



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • "Riyaziyyat-ədədlərin sehirli dünyası" adlı tədbir keçirildi - FOTO/VIDEO

  • Misir prezidenti İlham Əliyevə zəng vurub

    Misir prezidenti İlham Əliyevə zəng vurub

  • Azərbaycan nefti bahalaşdı

    Azərbaycan nefti bahalaşdı

  • İsmayıllıda 67 yaşlı qadın intihar edib

    İsmayıllıda 67 yaşlı qadın intihar edib

  • Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

    Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

  • Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

    Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

  • Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

    Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

  • İsmayıllıda zəlzələ olub

    İsmayıllıda zəlzələ olub

  • Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

    Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

  • Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

    Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

  • Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

    Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

  • Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

    Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

  • QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

    QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

  • Oman səhrası gölə döndü

    Oman səhrası gölə döndü

  • Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

    Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

  • Tacikistanda yenidən zəlzələ baş verib

    Tacikistanda yenidən zəlzələ baş verib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!