Tədbir İnstitutun direktoru, akademik Muxtar İmanovun giriş sözü və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıldı.
Qonaq qismində dəvət olunmuş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Təşkilati Məsələlər üzrə səlahiyyətli nümayəndəsi Nəsimi rayon şöbəsinin sədri, I və II Qarabağ müharibəsi iştirakçısı, «Azərbaycan Bayrağı» ordenli müharibə veteranı, polkovnik Elmar Hüseynov çıxış edərək, 44 günlük Vətən müharibəsi haqqında tədbir iştirakçılarına dolğun və ətraflı məlumat verdi.
O, çıxışı zamanı zəfərin qazanılmasında Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı siyasətin, Müzəffər Ordumuzun gücünü və xalqımızın həmrəyliyinin böyük rol oynadığını vurğuladı.
Tədbirdə AMEA Folklor İnititunun əməkdaşları — fil.ü.f.d. Xəyalə Ağayeva, fil.ü.f.d. Gülnar Osmanova, Mahir Cavadov və Nigar İmaməliyeva tədbirdə iştirak ediblər.