Bakıda Zəfər yürüşü keçirilib.
Yürüş iştirakçıları Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək 440 metr uzunluğunda Azərbaycan bayrağını çiyinlərində aparıblar.
Onların son dayanacağı Hərbi Qənimətlər Parkı olub.
10:04
Bakıda Zəfər Günü ilə bağlı yürüş keçirilir.
Oxu.Az xəbər verir ki, yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.
Azərbaycan bayrağını Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.
Qeyd edək ki, yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.
Bizimlə əlaqə saxlayın