Qarakənd faciəsindən 30 il keçdi.
30 il öncə Qarakənd faciəsi adlanan 20 noyabr 1991-ci ildə Xocavənd rayonu Qarakənd kəndi və Ağdam rayonunun Mərzili kəndi yaxınlığında erməni separatçı quldur dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vuruldu.
Noyabrın 20 — də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliynin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynovun təşkilatçılığı ilə bir qrup müharibə veteranı Qarakənd faciəsinin 30-cu ildönümü ilə əlaqədar Fəxri Xiyabanda faciə şəhidlərinin mızarlarını ziyarət ediblər.
Müharibə veteranları Qarakənd faciəsinin şəhidlərinin məzarları önünə gül dəstələri qoyub ruhlarına dualar oxuyublar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliynin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov bildirdi ki, hər ilin bu günü keçmiş XTPD (OMON) və digər müharibə iştirakçıları görkəmli dövlət xadimlərimizin məzarlarını ziyarət edirik. Onlar Qarabağın azadlığı uğrunda öz canlarından keçdilər. Biz şəhidlərimizi unutmamağa çalışırıq.
Döyüşcülər Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını da ziyarət ediblər.
Xatırladaq ki, həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, sabiq Daxili İşlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev kimi dövlət və hökumət rəhbərləri var idi. Bu qəza nəticəsində 22 nəfər həlak olub.
Elnur Səlim