• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Prezidentdən azad edilmiş ərazilərlə bağlı - Sərəncam

Tarix : 11-12-2021, 10:41 Oxunub : 123 Bölmə :gundem / siyaset / ust / manset
Prezidentdən azad edilmiş ərazilərlə bağlı - Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.

Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Aşağıdakı istiqamətlərdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

1.1. işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi;

1.2. işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi;

1.3. işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi;

1.4. müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi;

1.5. işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi;

1.6. işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi;

1.7. işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı.

2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Həmçinin oxuyun: 12 yaşlı uşaq magistral yolda maşın sürərkən Kürdəmirdə saxlanıldı - Video

Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Laçının işğaldan azad edilməsindən bir il ötür

    Laçının işğaldan azad edilməsindən bir il ötür ...

    1-12-2021, 08:36

  • “Dost ölkələri Lüksemburqdan dörd dəfə böyük ərazidə yenidənqurmaya dəvət edirəm”

    “Dost ölkələri Lüksemburqdan dörd dəfə böyük ...

    26-04-2021, 12:30

  • Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradıldı - Sərəncam

    Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar ...

    2-04-2021, 10:51

  • Prezidentdən Qusarla bağlı sərəncam

    Prezidentdən Qusarla bağlı sərəncam ...

    14-05-2020, 12:24

  • Prezident Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam imzalayıb

    Prezident Azərbaycanın energetika sektorunda ...

    30-05-2019, 08:48



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

  • Bu gün Azərbaycan Gəncləri Günüdür

    Bu gün Azərbaycan Gəncləri Günüdür

  • Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

    Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

  • Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

    Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

  • Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

    Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

  • Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

    Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

  • İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

    İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

  • Azərbaycanda kredit faizləri yenidən artacaq?

    Azərbaycanda kredit faizləri yenidən artacaq?

  • BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

    Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

  • YAŞADAN YAŞAYIR...

    YAŞADAN YAŞAYIR...

  • “HEYDƏR ƏLİYEV İLİ-100”

    “HEYDƏR ƏLİYEV İLİ-100”

  • Vətən üçün yaşanan ömür -Tural Hüseynov

    Vətən üçün yaşanan ömür -Tural Hüseynov

  • Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

    Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

  • Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

    Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

  • Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    © Copyright 2019, Bütün hüquqlar qorunur!