1961-ci ilin soyuq dekabr ayının bu günkü günü yəni 16-sı tarixdə Bakı şəhərində kasıb bir ailədə qız uşağı dünyaya göz açır. Bu kiçik qızcığazın böyüyüb hansısa qəhrəmanlığa imza atacağı hələ kiçik yaşlarından hamıya bəlli idi. Zaman keçdikcə böyüyən balaca Salatın vətənsevərliyi ilə yaşıdlarından seçilirdi. Məktəbdə keçirilən tədbirlərdə xüsusi fəallıqla seçilən Salatın Əsgərovanın içində olan vətənpərvərlik sevgisi onu 1991-ci ildə Qəhrəmanlıq zirvəsinə yüksəltdi. Erməni vandalizmin törətdiyi vəhşilikləri dünya içtimaiyyətinə çatdırmaq məqsədi ilə dəfələrlə münaqişə zonalarında olan Qəhrəman Jurnalist Salatın Əsgərova 9-yanvar 1991-ci ildə növbəti reportaj hazırlamaq üçün Laçın rayonuna səfər etdi. Bu isə Qəhrəman Jurnalistimizin son səfəri oldu. Düşmən gülləsinin hədəfinə çevrilən xanım həmkarımız öz qəhrəmanlıq səlnaməsi ilə əbədiyaşar ömür qazandı. Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bu gün dəyərli həmkarımızın doğum günüdür. Vetenperverler.az saytı qəhrəman jurnalistimizi onun məzrı başında anmağı özünə borc bildi.
Şəhidlər Xiyabanında uyuyan həmkarımızın məzarına tər çiçəklər düzən Vetenperverler.az-ın rəhbərliyi Milli Qəhrəmanımızın ruhuna dualar oxudular. Xiyabanda olduğumuz müddətdə bir neçə məktəb kollektivinin də Milli Qəhrəman Salatın Əsgərovanın məzarını ziyarət etdiyinin şahidi olduq. Bu da təqdirə layiq haldır. Belə ki, vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın gənc nəslə tanıtmaq omların vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir.
Məlumat üçün bildiririk ki, Salatın Əziz qızı Əsgərova Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı olub.
Bizdə Ulusəs.com.az saytı kollektivi olaraq Vetenperverler.az saytının rəhbərliyinin və əmkdaşlarının bu təqdirə layiq addımını dəstəkləyir və milli qəhrəmanımız, həmkarımız olan Salatın Əsgərovanın ruhuna dualar oxuyur və ona Allahdan rəhmət diləyirik.