AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynovun rəhbərliyi ilə bir qrup Müharibə veteranları İlham Rüstəmov, Vidadi Ağagülov, Qazi Elmin, Tərtər rayon şöbəsinin sədri Çingiz müəllim, iş adamı Rauf bəy və incəsənət nümayəndələri N saylı hərbi hissədə əsgərlərlə görüşüblər. Müzəffər Ordumuzun zabit və əsgərlərini Dünya Azərbaycanlılar həmrəylik günü və Yeni il münasibəti təbrik ediblər. İncəsənət ustaları Asif İsaoğlu, Gülbınuz Rəcəbli, Vəsilə Qarabağlı, bəstəkar Tofiq Ağayev böyük konsert proqramı ilə çıxış ediblər. Əsgərlərin qidalanması, məişət şəraiti ilə tanış olublar.