Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib.
2017-ci il fevralın 6-da Ç.Qurbanovla vida mərasimi keçirilib. Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.
Sonradan ictimaiyyətə açqılanan məlumata görə, hadisənin baş verdiyi 29 dekabr günü Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən Ç.Qurbanov sərrast atəşlə 3 erməni döyüşçünü məhv edib, 1-ni isə həmin andaca ağır yaralayıb. 4-cü yaralı erməni zabiti isə yanvarın 16-sı ölüb.
Qeyd etmək istəyirik ki, şəhid Çingiz Qurbanovun nəşinin Azərbaycana qaytarılmasında "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin mərhum sədri Elşad Həmidovun da müstəsna xidmətləri vardır. Elşad Həmidov şəhidimizi Azərbaycana qaytarılmasında "Beynəlxalq Qızıl Xaç Komitəsi" ilə danışıqlar aparmış və qısa müddət ərzində şəhidimizin nəşi Azərbaycana qaytarıldı. Elşad Həmidov komitənin üzvləri ilə birlikdə Milli Qəhrəman Çingiz Qurbanovun dəfn mərasimində iştirak etmişdir, şəhidin ailəsinə baş sağlığı verərək, valideynlərinin qəhrəman övlad böyütdüyünə görə minnətdarlığını bildirmişdir. "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin mərhum sədri Elşad Həmidov həmişə dövlət başçısı İlham Əliyev cənablarının siyasətini dəstəkləyirdi və dövlətə-dövlətçiliyimizə layiqincə xidmət edən şəxslərdən idi. Allah dünyasını dəyişən vətənpərvər el oğullarımıza rəhmət eləsin.
Gülnara Həmidova
"Mərhəmət Çırağı" jurnalı, "Mərhəmət.TV" xəbər portalının baş redaktoru,
AJB-nin üzvü, "Qızıl Qələm" mükafatçısı