• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir

Tarix : 17-01-2022, 17:37 Oxunub : 68 Bölmə :gundem / siyaset / ust / manset
20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir
Xoşbətlik gələndə zərif yel kimi gəlir, heç gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan kimi gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, Qanlı 20 yanvar kimi.
20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi.
Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın Dağüstü parkı kimi tanınan məkan Şəhidlər xiyabanına döndü.
Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da, məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır.
Ulu öndər 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verərək bu faciəni törədənlərin kimliyini dünya ictimaiyyətinə çatdırdı. O ağır günlərdə xalqı ilə həmrəy oldu, xalqın sınmış inamını özünə qaytardı.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 32 il keçir. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil.
20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin al şəfəqini simvolizə edirdi.
1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir.
Bu dəhşətli faciədən 32 il ötsə də, baş verənlər unudulmur. Ötən müddət ərzində Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Sözsüz ki, dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün, ilk növbədə, şəhidlərə borcluyuq.
Yanvarın 20-də səhər açılar-açılmaz şəhərə çıxan insanlar Bakının şəhid qanı tökülmüş bütün yerlərini – küçə və meydanları qan rəngli qırmızı qərənfillərə bürünmüş gördülər. 40 gün belə davam etdi. Qan tökülmüş yerlərlə yanaşı, paytaxtın giriş yolları, Azadlıq meydanı, dəfn prosesinin keçdiyi küçələr, Şəhidlər xiyabanı, metro stansiyaları, hava limanının qarşısı bütün bu müddət ərzində qırmızı qərənfil örtüyü altında qaldı. Həmin günlərdə hamının dilinin əzbəri olan sevimli şairimiz Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri ilə Yanvar faciəsinin çiçək simvolu həm də poetik simvola çevrildi.
Xalqımız həmin gün üstünə şığıyan tanklardan, sinəsinə tuşlanan güllələrdən qorxmadı, azadlıq mübarizəsini axıradək davam etdirərək müstəqilliyə qovuşdu. 1990-cı ilin 20 Yanvar günü şəhid olan cəsur oğul və qızlarımız ölümün gözünə dik baxıb “Vətən sağ olsun!” - dedilər. Belə övladları olan xalq məğlubedilməzdir. Hər il Şəhidlər xiyabanına axışan 10 minlərlə insan onların xatirəsinə dərin ehtiramını bildirir. Bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yaşayıb-yaradan gənc nəsil müstəqilliyimizin şəhid qanları bahasına əldə olunduğunu bilməlidir. Şəhidlər xiyabanı xalqımızın and yeri olaraq qalacaq.
Bu gün hər birimiz azadlığımız uğrunda canlarını qurban verən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, mərhum prezident, ümumilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
Yüzdən çox oğul və qızlarımız o gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdik. Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, Vətəni canından çox sevən fədailər unudulmurlar. Xalqımız hər il 20 Yanvar qətliamının qurbanlarını yad edir. Təqdirəlayiq haldır ki, buraya gələnlər arasında azyaşlılar, məktəblilər də var. Şəhidlərimizin qəhrəmanlığı nəsildən-nəslə ötürülür, uşaqlar, yeniyetmələr, gənclər vətənpərvərlik ruhunda yetişirlər. Bu gün hər bir azərbaycanlı Vətən uğrunda son damla qanına kimi vuruşmağa hazır olmalıdır. Çünki işğal altındakı ərazilərimizi azad etməklə şəhidlərimizin ruhunu şad edə bilərik.
Qəhrəman Vətən övladları öz həyatları bahasına 20 Yanvarı şərəf və ləyaqət tarixinə çevirdilər. Onlar hər bir azərbaycanlının ürəyində özlərinə əbədi abidə ucaltdılar. Bu gün Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımızın dərin ehtiramının ifadəsidir.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutub, onları ehtiramla yad edib. Ölkə rəhbəri dəfələrlə günahkarların cəzalandırılması, 20 Yanvar Hadisələrinin səbəbkarlarının tapılıb üzə çıxarılmasının sonadək başa çatdırılması istiqamətində qətiyyətli addımlar atıb.
Günlər, aylar illər ötsə də, Azərbaycan xalqı şəhidlərimizi unutmayacaq, onların xatirəsi daim qəlbimizdə əbədi yaşayacaq.

Gültən Abdullayeva
3 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin rəisi,
kiçik ədliyyə müşaviri

Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • QANLI  YANVAR

    QANLI YANVAR ...

    19-01-2021, 12:23

  • Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı paylaşım

    Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı ...

    20-01-2020, 11:53

  • BMU-da 20 Yanvar qurbanları anıldı

    BMU-da 20 Yanvar qurbanları anıldı ...

    18-01-2020, 07:25

  • Nərimanov rayonunda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib - Fotolar

    Nərimanov rayonunda 20 Yanvar faciəsinin ildönümü ...

    18-01-2020, 07:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Dubayda gəlin botoksdan sonra bəysiz və işsiz qaldı

    Dubayda gəlin botoksdan sonra bəysiz və işsiz qaldı

  • “Bürc Xəlifə”dən iki dəfə böyük olan asteroid Yerə yaxınlaşır

    “Bürc Xəlifə”dən iki dəfə böyük olan asteroid Yerə yaxınlaşır

  • Türkiyə öz vətəndaşını kosmosa göndərəcək

    Türkiyə öz vətəndaşını kosmosa göndərəcək

  • Vətəndaşların milyardlarla şəkillərinin saxlanıldığı qanunsuz fotoarxiv üzə çıxdı

    Vətəndaşların milyardlarla şəkillərinin saxlanıldığı qanunsuz fotoarxiv üzə çıxdı

  • Məşhur aktyor restorandakı qonaqları qovmağı tələb etdi

    Məşhur aktyor restorandakı qonaqları qovmağı tələb etdi

  • Britaniyalı deputat həmkarlarına narkotik verərək zorlamaqda ittiham olunur

    Britaniyalı deputat həmkarlarına narkotik verərək zorlamaqda ittiham olunur

  • Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

    Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

  • Şon Konnerinin yeganə şəxsi “Aston Martin”i satışa çıxarılıb

    Şon Konnerinin yeganə şəxsi “Aston Martin”i satışa çıxarılıb

  • “Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq

    “Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq

  • ABŞ Moldovaya tələb olunan silahları verməyə hazırdır

    ABŞ Moldovaya tələb olunan silahları verməyə hazırdır

  • “YouTube”dan 9000-dən çox kanal silindi

    “YouTube”dan 9000-dən çox kanal silindi

  • Meymun çiçəyinə görə karantin neçə gün olacaq?

    Meymun çiçəyinə görə karantin neçə gün olacaq?

  • Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib

    Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib

  • Dünyada COVID-ə yoluxma iki dəfə artıb

    Dünyada COVID-ə yoluxma iki dəfə artıb

  • Səudiyyə Ərəbistanı aviaşirkəti qadın ekipajla ilk uçuşunu həyata keçirib

    Səudiyyə Ərəbistanı aviaşirkəti qadın ekipajla ilk uçuşunu həyata keçirib

  • Afrika İttifaqı Kiyev və Moskvanı barışdırmağa çalışacaq

    Afrika İttifaqı Kiyev və Moskvanı barışdırmağa çalışacaq

    © Copyright 2019, Bütün hüquqlar qorunur!