• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

20 Yanvar – qanlı və şanlı tariximiz

Tarix : 17-01-2022, 17:53 Oxunub : 104 Bölmə :gundem / siyaset / ust / manset
20 Yanvar – qanlı və şanlı tariximiz
Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 35 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.
Həmin hadisələrdən bizi cəmi 32 illik qısa bir tarix ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür, ancaq onu da etiraf etmək lazımdır ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və düzgün siyasətin rolu da danılmazdır. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq 20 Yanvar hadisəsinə, onun tarixi və ictimai-siyasi mahiyyətinə daim xüsusi önəm vermiş, Yanvar şəhidlərinin xatirəsini uca tutmaqla onların xüsusi statusunu diqqətdə saxlamış, şəhidlərin ailələrinə və yaxınlarına həmişə qayğı göstərmişdir.
20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət və dövlət adamının dayanması Azərbaycan cəmiyyətində qısa zaman kəsiyində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Tarix boyu xalqımızın rifahı, torpaqlarımızın azadlığı uğrunda özlərini fəda edərək, canlarından keçən ər igidlərimiz olub ki, elə şəhidliyin təməlini də məhz onlar qoyublar. İndi onların adları qəhrəmanlıq tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. 1990-cı il yanvarın 20-də o səhifəyə yeni adlar əlavə olundu. Onlar da öz əcdadları kimi vətən uğrunda mübarizlik göstərdilər. Bu mübarizəni onlar döyüş meydanında deyil, qəlblərinin hökmü ilə apardılar. Biz vətən uğrunda ölə də bilərik, təki vətən yaşasın-deyib mübarizəyə qalxdılar.
Onlar bu yüksək vətənpərvərlikləri ilə şəhidlik zirvəsinə ucaldılar. Odur ki, onların ünvanına neçə-neçə sənət əsərləri yazıldı. Demək olar ki, incəsənətin bütün sahələrində şəhidlik mövzusu tərənnüm olunub. Bu mövzu musiqidə də öz əksini tapıb və tapacaq.
Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Canlarını Vətən uğrunda fəda edən şəhidlər xalqın yekdil istəyi ilə paytaxtımızın ən uca və ən gözəl yerində - Dağüstü Parkda torpağa tapşırıldılar. Bu, xalqın igid övladlarına dərin ehtiramının, böyük sevgisinin ifadəsi idi. Əməlləri şərəf, ləyaqət, vətənpərvərlik, ucalıq nümunəsi olan şəhidlər elə uca zirvədə də əbədi qərar tutdular. Sonralar Şəhidlər xiyabanının ərazisi genişləndi, burada məzarların sayı artdı. Cəbhədə, Dağlıq Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz şücaətlər göstərib şəhidlik zirvəsinə yüksələn bacı və qardaşlarımız da bu müqəddəs məkanda dəfn olundular.

Azərbaycanın hər bir vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi var. Biz Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, bununla da cəsarət simvoluna çevrilmiş igid bacı və qardaşlarımızla fəxr edirik. Onların uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilmişdir. Burada unudulmaz şəhidlərin xatirəsinə əbədi məşəl kompleksi yaradılıb. Neçə illərdir ki, çoxlu sayda insan, məktəblilər, tələbələr, Bakıya təşrif gətirən qonaqlar Şəhidlər xiyabanını ziyarət edirlər. Təzə ailə həyatı quran gənclər Şəhidlər xiyabanına gəlməyi özlərinə mənəvi borc sanırlar. Onlar burada uyuyan bacı və qardaşlarımızın xatirəsi önündə baş əyir, sevgilərinə şəhid cütlük - İlham və Fərizə kimi sadiq qalacaqlarına and içirlər.

Qanlı 20 yanvar faciəsindən 32 il ötür. 32 ildir ki, Dağüstü parkdakı Şəhidlər xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib. Çünki orada əbədiyyət yuxusuna gedənlər Vətən yolunda, xalq yolunda, bugünkü azadlığımız və əbədiyaşar müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların isə ömrü Vətənin və xalqın ömrü qədərdir. Bu gün Şəhidlər xiyabanı təkcə Dağüstü parkda yox, doğma torpaqlarımızın erməni faşizminin işğalından xilası naminə mübarizəyə hər an hazır olan Azərbaycan Ordusunun hər bir zabit və əsgərinin iç dünyasındadır.
Hər il yanvarın 20-də Şəhidlər xiyabanında xüsusi anım tədbiri keçirilir. Həmin gün Vətənin igid övladlarınm xatirəsini yad etməyə gələn insan axınının ucu-bucağı görünmür, məzarlar, xiyabana gedən yollar qırmızı qərənfil yağışına qərq olur. Şəhidlərin məzarını ziyarət edən insanlan birləşdirir, onların fikrini, düşüncəsini bir-birinə daha yaxın edir. Bura gələn hər kəs şəhidlərin ruhu qarşısında baş əyərək and içir: Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik!


Təranə Novruzova-Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Qazaxıstanda fövqəladə vəziyyət tətbiq olundu

    Qazaxıstanda fövqəladə vəziyyət tətbiq olundu ...

    5-01-2022, 08:25

  • QANLI  YANVAR

    QANLI YANVAR ...

    19-01-2021, 12:23

  • 20 Yanvar faciəsindən 29 il ötür

    20 Yanvar faciəsindən 29 il ötür ...

    20-01-2019, 10:53

  • 20 Yanvar faciəsindən 28 il ötür

    20 Yanvar faciəsindən 28 il ötür ...

    20-01-2018, 09:59

  • “ULUSƏS.COM.AZ” xəbər portalı “20 yanvar” şəhidlərinə Allahdan rəhmət diləyir

    “ULUSƏS.COM.AZ” xəbər portalı “20 yanvar” ...

    19-01-2018, 20:11



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Dubayda gəlin botoksdan sonra bəysiz və işsiz qaldı

    Dubayda gəlin botoksdan sonra bəysiz və işsiz qaldı

  • “Bürc Xəlifə”dən iki dəfə böyük olan asteroid Yerə yaxınlaşır

    “Bürc Xəlifə”dən iki dəfə böyük olan asteroid Yerə yaxınlaşır

  • Türkiyə öz vətəndaşını kosmosa göndərəcək

    Türkiyə öz vətəndaşını kosmosa göndərəcək

  • Vətəndaşların milyardlarla şəkillərinin saxlanıldığı qanunsuz fotoarxiv üzə çıxdı

    Vətəndaşların milyardlarla şəkillərinin saxlanıldığı qanunsuz fotoarxiv üzə çıxdı

  • Məşhur aktyor restorandakı qonaqları qovmağı tələb etdi

    Məşhur aktyor restorandakı qonaqları qovmağı tələb etdi

  • Britaniyalı deputat həmkarlarına narkotik verərək zorlamaqda ittiham olunur

    Britaniyalı deputat həmkarlarına narkotik verərək zorlamaqda ittiham olunur

  • Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

    Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

  • Şon Konnerinin yeganə şəxsi “Aston Martin”i satışa çıxarılıb

    Şon Konnerinin yeganə şəxsi “Aston Martin”i satışa çıxarılıb

  • “Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq

    “Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq

  • ABŞ Moldovaya tələb olunan silahları verməyə hazırdır

    ABŞ Moldovaya tələb olunan silahları verməyə hazırdır

  • “YouTube”dan 9000-dən çox kanal silindi

    “YouTube”dan 9000-dən çox kanal silindi

  • Meymun çiçəyinə görə karantin neçə gün olacaq?

    Meymun çiçəyinə görə karantin neçə gün olacaq?

  • Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib

    Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib

  • Dünyada COVID-ə yoluxma iki dəfə artıb

    Dünyada COVID-ə yoluxma iki dəfə artıb

  • Səudiyyə Ərəbistanı aviaşirkəti qadın ekipajla ilk uçuşunu həyata keçirib

    Səudiyyə Ərəbistanı aviaşirkəti qadın ekipajla ilk uçuşunu həyata keçirib

  • Afrika İttifaqı Kiyev və Moskvanı barışdırmağa çalışacaq

    Afrika İttifaqı Kiyev və Moskvanı barışdırmağa çalışacaq

    © Copyright 2019, Bütün hüquqlar qorunur!