• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

XOCALIYA ƏDALƏT 30 İL!

gundem / sosial / ust / manset

23-02-2022, 09:00

XOCALIYA ƏDALƏT 30 İL!
Hər bir xalqın həyat salnaməsində elə günlər var ki, tarixə qanlı hərflərlə həkk olunub. Azərbaycan xalqının tarixində belə faciələrdən biri 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımıdır.
Xocalı... Bir kəlmə sözə necə böyük dərdlər, necə ürək didən ağrılar, ah-nalələr sığarmış, İlahi?! Əsrin ən dəhşətli müsibətidir Xocalı soyqırımı. O faciədən 30 il keçsə də ağrılar-acılar unudulmur.
1992-ci il fevralın 26-da ermənilər misli görünməmiş faciə törətdi. Yüzlərlə günahsız insan qətlə yetirildi, əsir düşdü, neçəsinin taleyi bu günə kimi məlum deyil.
Soyuq qış gecəsi. Fevralın 25-dən 26-na keçən gecə...Qan gölməçəsi, silah səsləri, vəhşət dolu baxışlar. Son illərin ən sərt qışı yaşanırdı Xocalıda. Sanki düşmənlə yanaşı, hava da qəsdinə durmuşdu talesiz insanların. Xocalı qan ağlayırdı həmin gecə, Xocalı fəryad edirdi dayanmadan.

Xocalı faciəsini heç bir faciə ilə müqayisə etmək mümkün deyil. Bu şəkildə vəhşilik hələ olmamışdı. Tarixdə elə hadisələr vardır ki, heç zaman millətin, xalqın yaddaşından silinmir. Xocalı faciəsi də məhz belələrindəndir. Həmin tarixdən illər keçməsinə baxmayaraq xalq o qanlı fevral gününü unutmur və heç zaman unutmayacaq. Bu genosid günahsız və əliyalın xalqa, millətə qarşı ən böyük vəhşilik idi. Həmin gün Azərbaycan xain düşmənlə mübarizə aparırdı. Neçə-neçə Azərbaycan igidi məzlum xalqın xilas olması üçün düşmənlə çarpışdı. Həmin tarix yer üzərində ən dəhşətli faciələrdən biri idi.
Günahsız insanlara, körpələrə, qadınlara sonsuz əziyyətlər, işgəncələr verdilər. O gecəni hər kəs qorxu və dərin hüznlə xatırlayır. Doğrudan da, belə vəhşiliyi dillə izah etmək çox çətindir. Xocalı sakinlərinə edilən əzab-əziyyətlər sonsuz idi. Əsir götürülən 70 nəfərdən 5 nəfərini seçib güllələyiblər, qalanlarına isə işgəncələr veriblər.
Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək idi. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. Bunun nəticəsi olaraq Qarabağ düşmən tapdağından xilas olundu.
Faciənin 30-cu ildönümü ərəfəsində Prezident İlham Əliyevin dediyi sözlər yada düşür: “Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”. Şanlı Azərbaycan əsgəri işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı.
Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədənlərin – sarkisyanların, koçaryanların, balayanların və əlləri günahsız azərbaycanlıların – uşaqların, qadınların, qocaların qanına batmış digər cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərini inamı daha da artırdı.
Bəşər tarixinin ən dəhşətli, ağır faciələrdən biri erməni işğalçılarının və onların havadarlarının Xocalıda böyük amansızlıq və qəddarlıqla, vəhşiliklə törətdikləri soyqırımı faciəsidir. Bu gün həmin faciədən 30 il ötsə də, o məşum gecədə yüzlərlə soydaşımızın qanına qəltan edilməsi hələ də qaysaq bağlamamış yaramızı göynədir.
Damarında azərbaycanlı qanı daşıyan hər kəs o viran qalmış yurdun, məhv olmuş talelərin acısına şərik olmağa çalışır, o günün dəhşətini xatırlayır, onlarla birgə ağlayır. Amma bizlər nə qədər ağlasaq da, nə qədər yara bağlamış ürəklərə məlhəm olmağa çalışsaq da, yetməz. O yaraları sarmağa heç bir məlhəm kömək etməz.
Biz səni unutmadıq, unutmağa haqqımız çatmır, Xocalı! Biz sizləri unutmadıq, Azərbaycanımızın mərd oğulları! Xocalı soyqırımı təkcə Xocalı sakinlərini yox, bütün Azərbaycan xalqının dərdi-qəmidir. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir. Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli və müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrur və mərddirlər. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalı sakinlərinin bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Amma Xocalı sakinləri hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda, vətənpərvərlik nümunəsidir.
Yaddaşımızın ən faciəli, ağrılı nisgili ürəyimizdə daim yaşatdığımız Xocalı soyqırımıdır. 26 fevral 1992-ci il tariximizin qanla dolu bir səhifəsini təşkil edir. Bütöv bir şəhər xüsusi amansızlıqla qətlə yetirildi o gün. Əsrin müdhiş faciələrindən biri baş verdi. Bu tarix Xocalı şəhərində dünyada misli görünməyən dəhşətli bir vəhşiliklə təqvimə düşdü. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırım aktını törədiblər.
Xocalı sakinləri qatil və cani ermənilərin əli ilə qanına qəltan edildi, köksündən yara aldı o gecə. Böyüyə, kiçiyə, qocaya, cavana məhəl qoymadı, körpələrə rəhm edilmədi. Hamilə qadınları, ağsaqqal insanları, ağbirçək anaları tankların tırtılları altında xıncım-xıncım etdilər. Xocalı şəhəri yerlə-yeksan olundu.
Keçmiş Sovet İttifaqından qalma 366-cı motoatıcı alayın əsgərləri insanlıq ləyaqətindən məhrum olan, vəhşiləşmiş erməni quldurları ilə birləşərək misli görünməmiş qətliam törətdi. Xocalının küçələrində qan su yerinə axdı. Sağ qalanlar meşəyə üz tutdu. Güman gələn yollara, cığırlara səpələndilər. Lakin qudurmuş canilər türk qanına elə susamışdılar ki, gözləri doymaq bilmirdi. Əsrarəngiz Qarabağ meşələri Azərbaycan övladlarının parçalanmış, gözləri çıxarılmış, başları kəsilmiş cəsədləri ilə dolmuşdu.
Xocalı faciəsinin -bu dəhşətli soyqırımının növbəti 30-cu ildönümü fərqli şəkildə anırıq. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub.
Aradan 30 il keçməsinə baxmayaraq, Xocalı müsibəti sağalmaz yaraya dönüb göyüm-göyüm göynədir bizi. İllər ötsə də, nəsillər dəyişsə də Xocalı faciəsi ağrıdacaq ürəyimizi, sızladacaq vicdanımızı.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də əks-hücuma keçdi və "Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından bir neçəsi məhv edildi, bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır.
Xocalıda həlak olan şəhidlərimizin hər birinin ruhu qarşısında baş əyirik. İllər keçsə də, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

Lətafət Hacıyeva-Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi

Oxunub: 292
Paylaş:
Digər xəbərlər

gundem / sosial / ust / manset

17-02-2022, 08:04

Xocalı faciəsi- tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir…

gundem / sosial / ust / manset

16-02-2022, 18:32

Xocalı faciəsi- tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir…

sosial / ust / manset

26-02-2021, 11:18

Xocalı soyqırımından 29 il ötür

siyaset / ust / manset

20-02-2021, 10:48

Soydaşlarımız İsveç parlamentini Xocalı soyqırımını tanımağa çağırdı

gundem / sosial / dunya / ust / manset

26-02-2018, 10:16

Xocalı soyqırımından 26 il ötür

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Dünən, 12:42
    Şəhid Vüsal Orucov Qusarda dəfn edilib
  • Dünən, 12:22
    IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb
  • Dünən, 12:13
    Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
  • Dünən, 12:10
    Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”
  • Dünən, 12:07
    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
  • Dünən, 12:03
    Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 30-09-2023, 16:15
    MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
  • 30-09-2023, 12:00
    DTX: “Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”
  • 30-09-2023, 11:58
    XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
  • 30-09-2023, 11:56
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
  • 30-09-2023, 11:54
    Azərbaycan nefti ucuzlaşıb
  • 30-09-2023, 11:53
    BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
  • 30-09-2023, 11:51
    Aydın Kərimov: “Azad olunmuş ərazilərin bərpası unikal bir keysdir”
  • 30-09-2023, 11:48
    Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • 30-09-2023, 11:45
    II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb
  • 30-09-2023, 11:42
    Azərbaycanın media nümayəndələri Cəbrayıldadırlar
  • 30-09-2023, 11:39
    Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib
  • 29-09-2023, 22:11
    XIZIR BABA KİMDİR?
  • 29-09-2023, 08:33
    Yaponiya “Fukusima-1” AES-dən ikinci su partiyasını oktyabrda buraxacaq
  • 29-09-2023, 08:30
    Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb
  • 29-09-2023, 08:27
    ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
  • 29-09-2023, 08:25
    “SpaceX” ABŞ Kosmik Qüvvələrini rabitə ilə təmin etmək üçün ilk müqaviləni bağlayıb
  • 29-09-2023, 08:23
    Kim Çen In Şimali Koreyanın nüvə silahı istehsalını artıracağını dedi
  • 29-09-2023, 08:21
    Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib
  • 29-09-2023, 08:19
    Plastiki parçalayan qurdlar tədqiq edildi
  • 29-09-2023, 08:17
    İspaniyada yeniyetmə məktəbdə müəllim və şagirdləri bıçaqlayıb
  • 29-09-2023, 08:04
    AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna təyinat olub
  • 29-09-2023, 08:00
    Blinken Bayden və Putin görüşü barədə: “Heç vaxt “heç vaxt” demə!”
  • 29-09-2023, 07:57
    Sumqayıtda 73 yaşlı sakin itkin düşüb
  • 28-09-2023, 14:46
    Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti
  • 28-09-2023, 11:17
    “HÖKUMƏT VƏ XALQ ÖZ MÜDAFİƏÇILƏRİNIN XİDMƏTLƏRİNİ HEÇ VAXT UNUTMAMALIDIR!”
  • 28-09-2023, 08:35
    Toxluq hissi yaradan qidalar
  • 28-09-2023, 08:33
    Nərimanov rayonunda gənc oğlanı avtomobil vurub
  • 28-09-2023, 08:31
    Dünyanın ən böyük kriptobirjası Rusiyadan gedir
  • 28-09-2023, 08:29
    Sumqayıtda 22 yaşlı qız itkin düşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə