• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Xocalı faciəsi- tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir…

gundem / siyaset / sosial / ust / manset

24-02-2022, 13:07

Xocalı faciəsi- tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir…
1992-ci il fevralın 25-dən 26-na keçən gecə… Əslində o gün həyatımıza elə daxil olub ki, 30 il keçsə də unudulmayacaq, bu, artıq tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir…
Xocalı, əsrin faciəsi idi, Xocalı, bizlərin özümüzə qayıdışı, kimliyimizə, millətimizə sahib çıxmağımıza, düşmənimizi yaxından tanımağımıza bir çağırış idi…
Bəli, bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xocalı faciəsindən 30 il keçsə də erməni-rus hərbi birləşmələrinin törətdikləri qırğının yaraları sağalmır. Bir gecədə ermənilərin və rus ordusunun 366-cı moto-atıcı diviziyasının başıpozuq əsgərlərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi qətlə yetirilən Xocalıda əsl soyqırımı törədildi. Həmin gecə bütöv bir şəhər yerlə yeksan edildi. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları və digər bədən əzaları kəsilmişdir.
1992-ci ilin fevral ayında-25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım törətdi. Soyqırımda 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Və əsirlərdən 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalı soyqırımı... Əsrin ən amansız, ən qanlı faciələrindən biri olan bu dəhşətli genosid qan yaddaşımızdan silinməsi mümkün olmayan bir səhifədir! O qanlı faciə günündən neçə illər keçib, gün-günə qovuşub, aylar-aylara, lakin, hələ də həsrət dolu qəlblər itkin düşmüş əzizlərinin nisgilli ruhları ilə qovuşmayıb, hələ də intizar gözlər yollardan yığılmayıb.
1992-ci il fevral ayının 25-nə kimi Yer üzündə Xocalı adlı gözəl bir şəhər var idi. Bircə gecənin içində erməni işğalçıları onu odlara qaladılar, sakinlərini isə amansızlıqla, qəddarlıqla qətlə yetirdilər. Bu 1992-ci ilin soyuq qış gecəsi olan 26 fevral günü idi. Minlərlə günahsız insan Xocalıda erməni vəhşiləri tərəfindən mühasirəyə alındı. Qəribədir, məgər bu qədər insanın alın yazısı idimi? Yox, bu misli görünməmiş vəhşilik, cəlladlıq, qəddarlıq idi. Tarix belə ləkələri heç vaxt silməz. O yaddaşlara həkk olunaraq zaman-zaman doğulacaq yeni nəsildə onların soykökünə cəlladlıq etmiş vəhşilərə qarşı nifrət toxumu cücərdəcək. 1988-ci ildən başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri ermənilərin Xocalıda törətdikləri soyqırımı oldu. Söz yox ki, buna qədər Ermənistan silahlı qüvvələri və terror təşkilatları tərəfindən soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Ancaq Xocalı qətliamı XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir.
Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı mütəmadi olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu qətliamın törədilməsi ilə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Qəddar və qaniçən xalq kimi tanınan ermənilərin bu dəhşətli faciəni törətməkdə əsas məqsədləri Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirtmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz çirkin niyyətinə çata bilmədi. Çünki xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, azərbaycanlılara xas olan mərdlik və dözümlülük nümayiş etdirərək erməni-sovet birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuşlar.
Azərbaycan tarixinə qanla yazılmış, bəşər tarixinin ən dəhşətli qanlı səhifələrindən olan Xocalı faciəsindən düz 30 il ötür. O müdhiş gecədə Xocalının dinc əhalisinə misli görünməmiş divan tutuldu. Zalımların qara qılıncı günahsızların başına endirildi. Xalqın ah-naləsi, fəryadı göylərə ucaldı. O gecə cəllad ermənilər muzdlu 366-cı rus motoatıcı polku ilə birlikdə türk qanına susamışdı. Onlar o gecə nə qocaya, nə qadına, nə də südəmər fidanlara rəhm etmədilər. Dilsiz körpələrin naləsi göylərə yüksəldi o gecə. İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz, arxasız binəva insanların taleyinə qanlı güllələrlə həkk etdirdilər.
Xocalılar bu amansız soyqırımı günündə azərbaycanlıya xas olan mərdlik, igidlik nümayiş etdirmiş, özlərini əsl qəhrəman kimi apararaq erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşmuş, düşmən qarşısında əyilməmişlər.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Hedər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. Şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997–ci il fevralın 25-də “Xocalı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzaladı. Ulu öndər 26 mart 1998-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmanda bu faciənin siyasi qiyməti verildi.
Bu dəhşəti doğuran olaydan 30 il keçsə də, ürəyimizdə əbədi qubar bağlayan Xocalı faciəsindən bizi zaman məsafəsi ayırsa da, qisası alınmayan nakam ruhların harayı, yağı tapdağı altında inləyən əsir yurdun töhmət dolu fəryadı yaddaşımızda hafizəmizdə əbədi qalacaq.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları, ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu uğurla davam etdirir. Hər faciənin ildönümü ilə bağlı Heydər Əliyev Fondu ayrı-ayrı ölkələrdə geniş miqyasda tədbirlər keçirir, ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər haqqında məlumat yayırlar.
Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Azərbaycan xalqı erməni vəhşiliyini, erməni terrorlarını heç vaxt unutmayacaq.
Vaxtilə Qarabağda yaraşıqlı şəhərlərin cərgəsində gözəl bir şəhər vardı...Həmin şəhər Xocalı idi. Bu şəhər bir gecənin qurbanı oldu. Neçə evin gur işığı, neçə ailənin çırağı, neçə toyun səs-sədası bir göz qırpımında söndü. Bu şəhər od içində alovlanıb heçə döndü həmin gecə. O gecəki qanlı faciə həmişə bizi sarsıdacaq, yandıracaq. Xocalı faciəsinin 30-cu ildönümündə də faciə qurbanlarını kədər hissi ilə xatırlayırıq. O gecə şəhid olanlar hər birimiz tərəfindən hörmətlə yad edilir, onları qətlə yetirən düşmənlər isə nifrətlə lənətlənir. Xocalı faciəsi tarixlərə yazılacaq. Unudulmayan qan yaddaşımızın qurbanları heç vaxt qəlbimizdən silinməyəcək.

Cəmilə Mustafayeva
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Qaradağ rayon qeydiyyat şöbəsinin baş məsləhətçisi



Oxunub: 253
Paylaş:
Digər xəbərlər

gundem / sosial / ust / manset

17-02-2022, 08:04

Xocalı faciəsi- tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir…

gundem / sosial / ust / manset

16-02-2022, 18:32

Xocalı faciəsi- tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir…

sosial / ust / manset

26-02-2021, 11:18

Xocalı soyqırımından 29 il ötür

gundem / sosial / bolge / ust / manset

23-02-2019, 17:54

XOCALI FACİƏSİ

gundem / sosial / dunya / ust / manset

26-02-2018, 10:16

Xocalı soyqırımından 26 il ötür

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Dünən, 12:42
    Şəhid Vüsal Orucov Qusarda dəfn edilib
  • Dünən, 12:22
    IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb
  • Dünən, 12:13
    Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
  • Dünən, 12:10
    Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”
  • Dünən, 12:07
    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
  • Dünən, 12:03
    Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 30-09-2023, 16:15
    MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
  • 30-09-2023, 12:00
    DTX: “Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”
  • 30-09-2023, 11:58
    XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
  • 30-09-2023, 11:56
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
  • 30-09-2023, 11:54
    Azərbaycan nefti ucuzlaşıb
  • 30-09-2023, 11:53
    BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
  • 30-09-2023, 11:51
    Aydın Kərimov: “Azad olunmuş ərazilərin bərpası unikal bir keysdir”
  • 30-09-2023, 11:48
    Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • 30-09-2023, 11:45
    II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb
  • 30-09-2023, 11:42
    Azərbaycanın media nümayəndələri Cəbrayıldadırlar
  • 30-09-2023, 11:39
    Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib
  • 29-09-2023, 22:11
    XIZIR BABA KİMDİR?
  • 29-09-2023, 08:33
    Yaponiya “Fukusima-1” AES-dən ikinci su partiyasını oktyabrda buraxacaq
  • 29-09-2023, 08:30
    Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb
  • 29-09-2023, 08:27
    ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
  • 29-09-2023, 08:25
    “SpaceX” ABŞ Kosmik Qüvvələrini rabitə ilə təmin etmək üçün ilk müqaviləni bağlayıb
  • 29-09-2023, 08:23
    Kim Çen In Şimali Koreyanın nüvə silahı istehsalını artıracağını dedi
  • 29-09-2023, 08:21
    Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib
  • 29-09-2023, 08:19
    Plastiki parçalayan qurdlar tədqiq edildi
  • 29-09-2023, 08:17
    İspaniyada yeniyetmə məktəbdə müəllim və şagirdləri bıçaqlayıb
  • 29-09-2023, 08:04
    AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna təyinat olub
  • 29-09-2023, 08:00
    Blinken Bayden və Putin görüşü barədə: “Heç vaxt “heç vaxt” demə!”
  • 29-09-2023, 07:57
    Sumqayıtda 73 yaşlı sakin itkin düşüb
  • 28-09-2023, 14:46
    Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti
  • 28-09-2023, 11:17
    “HÖKUMƏT VƏ XALQ ÖZ MÜDAFİƏÇILƏRİNIN XİDMƏTLƏRİNİ HEÇ VAXT UNUTMAMALIDIR!”
  • 28-09-2023, 08:35
    Toxluq hissi yaradan qidalar
  • 28-09-2023, 08:33
    Nərimanov rayonunda gənc oğlanı avtomobil vurub
  • 28-09-2023, 08:31
    Dünyanın ən böyük kriptobirjası Rusiyadan gedir
  • 28-09-2023, 08:29
    Sumqayıtda 22 yaşlı qız itkin düşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə