Bu gün futbol üzrə Azərbaycan millisi 2022-ci ildə ilk oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, italiyalı Canni De Byazinin baş məşqçisi olduğu komanda Malta adasında yerli yığma ilə üz-üzə gələcək.
Maltanın Ta Kali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qarşılaşma komandalar arasında doqquzuncu duel olacaq. Ümumilikdə iki qələbə və üç heç-heçəsi olan Azərbaycan yığması üç dəfə Maltaya məğlub olub. Topların nisbətində də rəqibin üstünlüyü var – 13:9.
25 mart
Yoldaşlıq oyunu
22:00 Malta – Azərbaycan.
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Ta Kali. Milli Stadion
Xatırladaq ki, Azərbaycan yığması dörd gün sonra eyni arenada Latviya millisi ilə də yoldaşlıq oyunu keçirəcək.