Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin idarə heyəti Bərdə rayonunda yaşayan qazı Zahir Ağayevi ziyarət edib. Təşkilatın sədri Yasəmən Qəyyumlu və Medaura klinikasının həkimləri plastik cərrah, psixologiya üzrə fəlsəfə doktoru Zaidov Mirəzim, Tibb üzrə fəlsəfə doktoru, parazitoloq Rüstəmova Maya və həkim kasmetoloq Hüseynzadə Aygün qazinin yaşam tərzi ilə yaxından tanış olublar. Zahir Ağayevə maddi və mənəvi dəstək göstərilib.