AVMVİB-nin Nəsimi şöbəsinin bur qrup veteranları Müzəffər Ordumuzun şəxsi heyyəti ilə görüşə yollanıb. "ORDU XALQ, XALQ ORDU" birliyi devizi altında keçirilən möhtəşəm Bayram tədbiri keçirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti ilə əsgərlərə bayram sovqarları təqdim edilib. Müğənni Gülbəniz xanım, Elvüqar və digər İncəsənət ustalarının rəngarəng və coşqu ilə qarşılanan çıxışları əsgərlər tərəfindən gurultulu alqışlarla qarşılanıb. Görüşdə e.o polkovnik Elmar Hüseynov, Qazi Vidadi Ağagülov çıxış ediblər. Komandanlıq tərəfindən tədbir iştirakçıları Fəxri fərmanla təltif olunublar.
Fərid Faiqoğlu