Azərbaycan Milli Aviasiya tarixinə 80 ildən sonra öz töhfələrini vermək üçün, ŞAHİNLƏRİN sıraIarıına qədəm qoymuş, gənc müdavim, Türk oğlu HÜSEYNBALA ƏLİYEVƏ uğurllar arzulayıram.
Qarşıdan gələn doğum gününü təbrik edirəm!
17 MAY TARİXİ YADDAŞIMDA ƏBƏDİDİR..
Bu mübarək ad da, bu mübarək sənət də arzulardan doğdu.
O arzulardır ki, kiçik yaşlarımda, məktəb illərimdə, Böyük Ustad Məmməd Rahimin, Sovet İttifaqı Qəhrəmanı, cəsur döyüş təyyarəçisi, Böyük Vətən Müharibəsində Alman faşistlərinə qarşı saysız döyüş uçuşları keçirərək qəhrəmanlıq salnaməsi yazıb tarixiləşən, "Leninqrad göylərində" əsərinin qəhrəmanı HÜSEYNBALA ƏLİYEVİN unudulmaz adını və sevdiyi peşəsini bir daha əbədiləşdirdim.
Bu gün Azərbaycan Xalqının böyük oğlu, sevimli prezidentimiz, Ali Baş Komandan İLHAM ƏLİYEVİN diqqət və qayğısı ilə gənc nəslin daha da vətənpərvər şəkildə formalaşması göz qabağındadır.
Çox hörmətli l vitse prezident MEHRİBAN XANIM ƏLİYEVANIN Azərbaycan təhsilinə himayədarlığı və dəstəyi bu gün öz bəhrəsini verməkdədir.
Haqqa bağlı olmaq, haqqı unutmamaq soyumuzdan, mənəvi dəyərlərimizdən bir əmanətdir.
Keçmişi unutmaq cinayət!
Keçmişə bağlı olmaq rəşadətdir..
BÖYÜK ALLAH Qəhrəman-cəsur və qəhrəmancasına öz canından keçmiş HÜSEYNBALA ƏLİYEVƏ RƏHMƏT ELƏSİN!
Hal-hazırda Milli Aviasiya Akademiyasının mükəmməl və zəngin tədris bazasında öz biliyini daha da artıran, sevimli peşəsinin sirlərinə fadakarlıqla yiyələnən fədakar oğlum Hüseynbalanın ali təhsil almağında rolu olan alim kollektivinə, müəllim ordusuna, eyni zamanda, orta məktəb müəllimlərinə və bu işdə əməyi keçənlərə minnətdaram.
Əziz dostlar!
Çox hörmətli həmvətənlilər!
Ulu Öndər, Azərbaycan Xalqının Ümumulli lideri HEYDƏR ƏLİYEVƏ Böyük Allahdan rəhmətlər diləyirəm.
Başda Azərbaycan Milli Aviasiya Akademiyasının Rektoru, Azərbaycan Milli Aviasiyasının qurucusu, çox hörmətli Akademik ARİF PAŞAYEVƏ can sağlığı arzulayıram.
Əminəm ki, bu günkü Hüseybala Əliyev öz xələfinin adına layiq, Azərbaycan övladı olacaqdır.
Əminəm ki, Hüseynbala Əliyev Türk dünyasının səmalarında süzən Şahin olacaqdır...
Şair Qurban Hüseyn Papaqçıoğlu
Bizdə Redaksiyamızın kollektivi adından çox hörmət bəslədiyimiz, vətənpərvər şairimiz, hər zaman elin-obanın təəssübünü çəkən, el oğlumuz şair Qurban Hüseyn Papaqçıoğlunun övladı Hüseynbalanı doğum günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, gələcək həyatında uğurlar arzu edirik.