Abbaszadə 2008-ci il 06 sentyabr tarixdə Şəki şəhərində doğulmuşdur. İlk ibtidai təhsilini Rəşid Bəy Əfəndiyev adına şəhər 10 saylı məktəbdə almışdır. 5-ci sinifdən Şəki şəhəri Kimya Biologiya Təmayüllü Respublika Liseyinin şagirdidir, hazırda 8-ci sinifində oxuyur. O, 2021-ci il tarixdə keçirilən Respublika Fənn Müsabiqəsində bilologiya fənni üzrə ölkə üzrə qızıl medala laiq görülmüşdür. Bundan sonra 14 may 2022-ci il tarixdə keçirilən Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə özündən yaşca böyüklər arasında birinci olaraq, növbəti ikinci qızıl medalını qazanmışdır. Bundan başqa Rasim 17 aprel 2022-ci il tarixdə Sinqapurda keçirilən SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasına qatılmış və gümüş medala laiq görülmüşdür. STEM olimpiadasının rəqəmsal gümüş medalçısıdır. Təhsil Nazirliyinin təşkilatçılığı ilə sentyabr 2021-ci il tarixdən Beynəlxaq Biologiya Olimpadasında ölkəmizi təmsil etmək məqsədi ilə özəl hazırlıq məşqələlərində iştirak edir və butun imtahanlarını birinciliklə başa vurmuşdur. Ümumiyyətlə Şəki şəhərindəhələ indiyə kimi ikiqat olimpiada qızıl medalı qazanan şagird olmayıb.
Çingiz Məmmədov
“Ulusestv.az”
Kriminal şöbəsinin müdiri