• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Rusiyalı ekspert: “Makron Ukraynada və Cənubi Qafqazda cərəyan edən prosesləri anlamır”

Tarix : 21-06-2022, 13:08 Oxunub : 88 Bölmə :gundem / siyaset / dunya / manset
Rusiyalı ekspert: “Makron Ukraynada və Cənubi Qafqazda cərəyan edən prosesləri anlamır”
Fransada başa çatan parlament seçkiləri hazırkı prezident Emmanuel Makronu məyus edib.

Onun “İntibah” (“İrəli, Respublika!”) partiyası ətrafında formalaşdırdığı “Birgə!” liberal siyasi bloku seçkilərdə formal olaraq qalib gəlsə də, səslərin mütləq əksəriyyətini qazana bilməyib.

Seçkilərdə ikinci və üçüncü yerləri isə solçu Jan-Lyuk Melenşonun “Yeni Xalq Ekoloji və Sosial Birliyi” (NUPES) və Marin Le Penin ifrat sağçı “Milli Cəbhə” partiyası qazanıb.

Aydındır ki, parlament seçkilərindən zəif nəticələr göstərən istənilən siyasətçi, dövlət xadimi öz elektoratını geri qaytarmağa, güclənməyə çalışır. Bu isə həm daxili, həm də xarici siyasətə yenidən baxılmasını tələb edir. Lakin hazırda Fransanı idarə edən Makronun həm daxili, həm xarici siyasəti aydın deyil. O, bir tərəfdən Ukraynanı dəstəkləyir, amma digər tərəfdən Rusiya prezidentinə zəng edərək onunla razılığa gəlməyə çalışır. E.Makronun nə istədiyini heç kim başa düşə bilmir.

Fransadakı seçkini və Fransa Prezidentinin yürütdüyü siyasəti Oxu.Az-a şərh edən Rusiya Elmlər Akademiyasının professoru, beynəlxalq əlaqələr üzrə ekspert Aleksandr Qusev bildirib ki, söhbətin əvvəlini Makronun çox zəif siyasətçi olmasından başlamaq lazımdır:

“O, hər həftə Vladimir Putinə zəng edərək, Ukrayna ilə Rusiya arasında manevr edən sülhməramlı siyasətçi rolunu yerinə yetirmək istəyirdi. Amma heç nə alınmadı. Fransızlar anladılar ki, onların zəif prezidenti var və o, heç nəyə nail ola bilmədi.

Makron Rusiyaya münasibətdə kifayət qədər sabit siyasət yürütməsinə baxmayaraq, o, Rusiya Federasiyasına qarşı sanksiyaları da dəstəkləyib. Fransa Ukraynaya silah tədarükünü həyata keçirir. Fransa vətəndaşları Ukraynada döyüşməyə yollanır. Bununla belə, Makron Ukrayna prezidenti Volodimir Zelenskini çox da dəstəkləmir. Bütün bunlar fransızları çox əsəbiləşdirir və çoxları prezident seçkilərində ona səs verdiklərinə görə artıq məyusdurlar”.

Rusiyalı ekspert Emmanuel Makronun Cənubi Qafqaz və Ermənistana yönəlik siyasətini isə belə şərh edib:

“Makronun Cənubi Qafqaz üzrə siyasəti də aydın deyil. Bəli, aydındır ki, Fransa ilə Ermənistan arasında ənənəvi əlaqələr mövcuddur. Fransada böyük erməni diasporu, erməni əsilli çoxlu siyasi və mədəniyyət xadimləri var. Ona görə də Fransa prezidenti Cənubi Qafqazda manevrlər etməyə çalışır, lakin o, regionda cərəyan edən hadisələri anlamır, proseslərdən çox kənardır. Yeri gəlmişkən, o, Ukraynada da nə baş verdiyini tam başa düşmür. Əlbəttə, Emmanuel Makron öz elektoratını genişləndirməkdə maraqlıdır, lakin bu, baş vermir. Fransa prezidenti ilk növbədə özünün daxili siyasətə münasibətini dəyişməli, iqtisadiyyata fikir verməlidir. İnsanlar soyuducuya baxır, onlar daha Makronun gözəl çıxışlarına qulaq asmırlar.

Nair Əliyev
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Fransada prezident seçkiləri: Makron öndədir - YENİLƏNİB

    Fransada prezident seçkiləri: Makron öndədir - ...

    11-04-2022, 08:19

  • Fransada prezident seçkiləri başlayıb

    Fransada prezident seçkiləri başlayıb ...

    10-04-2022, 10:45

  • “Paşinyan getməli olacaq” - Rus ekspert

    “Paşinyan getməli olacaq” - Rus ekspert ...

    19-03-2021, 11:48

  • Portuqaliyadakı seçkilərdə sosialistlər sosial-demokratlara qalib gəldi

    Portuqaliyadakı seçkilərdə sosialistlər ...

    7-10-2019, 09:24

  • Fransada parlament seçkilərində milliyətçilər qalib gəlib

    Fransada parlament seçkilərində milliyətçilər ...

    27-05-2019, 08:13



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

    “Nəqşicahan”da nə baş verir? - 300-ə yaxın işçi...

  • “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

    “Daşnaklar Azərbaycanda yaşayan bütün millətlərin qətlini nəzərdə tutan sənəd hazırlamışdılar” - ŞƏRH

  • İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

    İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - FOTO

  • ZAMƏDDİN  ZİYADOĞLU – 76

    ZAMƏDDİN ZİYADOĞLU – 76

  • 25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

    25 nəfərin yanaraq öldüyü Respublika Narkoloji Mərkəzindən FOTOREPORTAJ

  • Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

    Ayxan Hacızadə iranlı həmkarına cavab verdi: “Həqiqəti bilmək istəyən hər kəs...” - FOTO

  • “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

    “5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

  • Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

    Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

  • QƏŞƏM  NƏCƏFZADƏ - 64

    QƏŞƏM NƏCƏFZADƏ - 64

  • Əkbər Yusifoğlunun təqdimatında

    Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

  • Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

    Qarabağın «Tutusu»nu avtomobil vurdu — VİDEO

  • BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

    BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

  • Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

    Ankarada şagird zəlzələ qurbanını qətlə yetirdi: Beş nəfəri yaraladı

  • Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

    Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu

  • Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

    Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

  • Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!