Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın başlayıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 hektar qamışlıq sahə yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.