Dünya bazarında neft qiymətləri azalıb.
WTI markalı neftin oktyabr fyuçersləri 1,64% ucuzlaşaraq bir bareli 85,37 ABŞ dolları olub.
“Brent” markalı neftin noyabr fyuçersləri 1,43% ucuzlaşaraq bir barelin satış qiyməti 91,51 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg