Maraqlı təhlil və müzakirələri ilə geniş tamaşaçı auditoriyası qazanmış Qanun və İcra verilişi yenədə sizlərin görüşünə gəlir. Bir saatlıq efir vaxtında bu dəfə Cinayət Məcəlləsinin 163 cü maddəsi peşəkarlardan ibarət ekspert qrupu ilə ətraflı təhlil olunacaq.
Cinayət Məcəlləsi Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma.
Hörmətli saytımızın izləyiciləri Cinayət Məcəlləsinin 163 cü maddəsi
dəyərli ekspertlərimizdən Beynəlxalq Hüquqşunas Yeganə Hacıyeva, Vəkillər kollegiyasının üzvü Vəkil mediator Esmira Hüseyinova Teleaparıcı Əməkdar jurnalist Mətanət Ağamirli və araşdırmaçı yazar Şərəf Cəlilinin mülahizələri və subyektiv fikirləri ilə təhlil olunacaq. Hamımızın maraq dairəsində olduğu Jurnalistin peşə fəaliyyətinə mane olunduqda qanunun tələbi nədir və bu hallar hansı hallarda yaranır?
Bütün bunlar barədə ətraflı məlumatlanmaq istəyirsinizsə şənbə günü Peşəkar Hüquqşunas Qanun və İcra verilişinin aparıcısı Əkbər Yusifoğlunun təqdimatında 15:00 da DÜNYA TV də canlı olaraq efirə gedəcək Qanun və İcra verilişinə baxmağı unutmayın.