• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.

Tarix : 30-05-2018, 09:24 Oxunub : 1 221 Bölmə :gundem / kriminal / ust / manset
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.





















ulusestv.az APA-ya istinafən xəbər verir ki, gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb.

R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.

Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşının tutulması ilə bağlı birgə məlumat yayıb.

DTX əməkdaşları tərəfindən 05 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X.Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaiti alıblar.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, S.Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.

Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilmiş və iş üzrə R.Ağayev və M.Əmirov şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda S.Abdullayevanın itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • “Spays” narkotik vasitəsini satanlar saxlanılıb

    “Spays” narkotik vasitəsini satanlar saxlanılıb ...

    13-05-2018, 11:18

  • Neftçalada qanunsuz silah saxlayan şəxslər tutulub

    Neftçalada qanunsuz silah saxlayan şəxslər tutulub ...

    2-02-2018, 09:20

  • Aydın Əliyev şok rəqəmlər açıqladı

    Aydın Əliyev şok rəqəmlər açıqladı ...

    30-01-2018, 19:25

  • Gürcüstandan Azərbaycana keçməyə cəhd edən narkotik alverçisi tutulub

    Gürcüstandan Azərbaycana keçməyə cəhd edən ...

    17-12-2017, 10:29

  • Gəncədə ata həbsdə olan oğluna narkotik gətirdi

    Gəncədə ata həbsdə olan oğluna narkotik gətirdi ...

    5-12-2017, 09:10



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHI

    Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHI

  • Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

    Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

  • Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

    Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

  • Tokioda Harri Potter parkı açılacaq

    Tokioda Harri Potter parkı açılacaq

  • Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək

    Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək

  • Qastroenteroloq qaraciyər üçün ən zərərli qidaları açıqladı

    Qastroenteroloq qaraciyər üçün ən zərərli qidaları açıqladı

  • Məşhur aktyor ilk dəfə ata olacaq

    Məşhur aktyor ilk dəfə ata olacaq

  • Tunis sahillərində növbəti miqrant faciəsi: Azı 29 nəfər öldü

    Tunis sahillərində növbəti miqrant faciəsi: Azı 29 nəfər öldü

  • Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı

    Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı

  • Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

    Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

  • Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

    Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

  • ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

    ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

  • Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

    Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

  • Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

    Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

  • Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

    Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

  • “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    © Copyright 2019, Bütün hüquqlar qorunur!