Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Ulus'əs-ın Oxu.az-a istinadən məlumatına görə, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.
Binəli Yıldırım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Baş nazir abidənin önünə əklil qoyub.