Tədbiri 1 “D” sinif rəhbəri olan Aygün müəllimə çıxış edərək “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il”in gəlişi ilə əlaqədar olaraq sinif şagirdlərini və tədbirdə iştirak edən valideynləri, qonaqları təbrik edərək başladı.
Tədbirdə 1 “D” sinif şagirdləri bir-birindən gözəl şeirlər söyləyərək, hazırladıqları səhnəcikləri təqdim etdilər.
Daha sonra Şaxta baba və Qar qız tərəfindən məktəbin 1-ci sinif şagirdlərinə yeni il hədiyyələri təqdim edildi.
Tədbir məktəbin direktoru Hürzad Verdizadə və tərbiyə işləri üzrə direktor müavini Lyudmila Sultanovanın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan yeni ilin gəlişi ilə çıxışları ilə davam etdi. Məktəbin direktoru Hürzad Verdizadə - müəllim, valideyn və şagird heyətini bayram münasibətilə təbrik edərək bildirdi ki, “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 31 dekabr – “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Direktor vurğuladı ki. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlıları birliyinin yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-i “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” elan etdi. Və bu gün də Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev tərəfindən ölkəmizin hər yerində bu gözəl bayram qeyd olunur. Direktor onu da vurğuladı ki, ölkəmizdə təhsilin inkişafı məhz cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə və tədrisə göstərdikləri qayğı nəticəsində təhsilimiz dünya miqyasında inkişaf etmişdir. Məktəbin direktoru çıxış edərək bir daha valideyinləri, müəllim və şagirdləri “Dünya Azərbaycanlıların Həmrəylik günü” və Yeni il bayramı münasibətilə təbrik etid. Məktəbin 1 “D” sinif şagirdlərinə dərslərində uğurlar arzuladı.
Tədbirdə iştirak edən valideynlər bildirdilər ki, 14 №-ıi tam orta məktəbdə təhsilin və təlim-tərbiyənin yüksək səviyyədə olduğunu qeyd etdilər, valideyinlərin hər biri Aygün müəlliməyə öz dərin təşəkkürünü bildirdilər.
Sonda xatirə şəkilləri çəkildi.
Fərid Səfərov (Faiqoğlu)
Baş redaktorun 1-ci müavini