İranın şərq bölgəsində 5,1 bal gücündə zəlzələ olub.
ULUSƏS AZƏRTAC saytına istinadla xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 21:31-də baş verən zəlzələ doqquz kilometr dərinliyində baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdu.