Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insanlardan biridir.
Daha çox qədimdən də həkim andı kimi məlum olan "Hippokrat andı"dır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir.
Müəllim, həkim, mühəndis, marketoloq, aktyor, şair, ticarətçi, usta… hər bir peşə özünə görə müsbət və mənfi tərəfləri birləşdirir. Düşünürəm ki, uğurlu və ya uğursuz peşə olmadığı kimi, insanların uğurlu və uğursuz olması seçdikləri peşənin onların xarakterinə necə cavab verməsinin göstəricisidir. Müsahibim “Doktor Davud” klinikasının baş həkimi Davud Qüdrətovdur. Onunla ayaqüstü söhbətə başlayırıq.
-Həkim, sənətinizin ağır və məsuliyyətli olduğunu hamımız yaxşı bilirik. Xahiş edirəm bu barədə bir, iki kəlmə deyəsiniz.
- İlk əvvəl qeyd etməliyəm ki, hansısa peşədə uğur qazanmaq üçün mütləq qaydada gördüyün işin aşıqı olmalısan. Yalnız belə olduğu təqdirdə biz uğurlu və güclü bir peşəkar ola bilərik.
Həkimlik son dərəcə çətin və vacib peşədir. Əlbəttə, peşənin vacibi və ya qeyri vacibi olmur…
Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır. Əlbəttə, bu prosesdə həkimlər təmanna umurlar, ummalıdırlar. Lakin, həkimlikdə özündə mütləq sosial məsuliyyətləri birləşdirməlidir. Mütləq hansısa xəstə ödənişsiz və ya çox minimal ödənişli olmalıdır. Həkimlikdə əsas hədəf xəstə sağlam vəziyyətə gətirmək olmalıdır… Əlbəttə, bu gün bəzi “həkimlər” bu peşəni “qəssablıq”la eyni edib, amma düşünürəm ki, zaman keçdikcə bu məsələ tamamiylə öz həllini tapacaq. Yaxşı həkimlərə hörmətlə yanaşılacaqdır.
Məşhur rus yazıçısı, həkim A.P. Çexov həkimlik haqqında demişdir: “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir.Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”. Bu, həqiqətən də belədir.
“Doktor Davud” klinikası yarandığı gündən ta bu günə kimi insanların sağlamlığına xüsusi diqqət yetirir, hər bir xəstəyə diaqnoz qoyarkən necə deyərlər, yüz ölçüb, bir biçirik. Bəlkə ona görədə bu gün klinikamız başqa klinikalardan fərqlənir. Klinikada çalışan bacarıqlı, savadlı həkimlərimiz çoxdur. Onlar bütün bacarıqlarını insanların sağlamlığına həsr edirlər. Buna görə də klinikamız dəfələrlə insanlar tərəfindən, əlaqədar təşkilatlar tərəfindən təşəkkürə və minnətdarlığa layiq görülübdür.
Klinikamızda Mədə və 12 barmaq bagirsagin zondsuz yoxlanmasi 17 ildir ki bizim klinikada həyata kecirilir.Bu cox informativ, qeyri invaziv (yeni daxilə hec bir mudaxilə olunmadan üstdən yoxlama) olmaqla rahat və deqqiq bir muayinə metodudur!!!
Şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, hətta xərçəng - bütün bunların əsas səbəblərindən biri artıq çəki sayılır.
Bu səbəbdən artıq çəkisi olan insanlar üçün arıqlamaq həyati vacib olan məsələdir.
Son zamanlar bir çox həkimlər arıqlamaq istəyən insanlara bu kimi sadə tövsiyə edirlər.Köklük tək kosmetik qüsur deyil. Artıq çəki müxtəlif və çox ciddi xəstəliklərinin əsas risk faktorudur.
Şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, hətta xərçəng - bütün bunların əsas səbəblərindən biri artıq çəki sayılır.
Bu səbəbdən artıq çəkisi olan insanlar üçün arıqlamaq həyati vacib olan məsələdir.
Son zamanlar bir çox həkimlər arıqlamaq istəyən insanlara bu kimi sadə tövsiyə edirlər.Gün ərzində 5-6 dəfə 1 stəkan (təxminən 200-250 qr) həcmində qida qəbul edin. Əvvəllər qidanı stəkana, sonra boşqaba çəkin. Daha sonra siz bunu gözəyarı edə biləcəksiniz.
Bu qaydadan tək arıqlamaq istəyən insanlar deyil, sağlamlığını qorumaq və bədən çəkisinin artmasının qarşısını almaq istəyən insanlar istifadə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, qidalanma təbii və sağlam olmalıdır - yağsız bişmiş ət, balıq, bol tərəvəzlər, sıyıqlar, süd məhsulları və s.
Yeməkləri asta-asta və çox çeynəmk lazımdır - hər tikəni 15-20 dəfə.
Son qida qəbulu 19.00-da olmalıdır. Yatmazdan əvvəl 1 stəkan kefir və ya 1 turş alma qəbul edə bilərsiniz.
-Məsləhət üçün çox sağ olun.
Müsahibəni apardı: Şamil Məmmədəlioğlu