Şirin-şəkər Emil balanın 3 yaşı tamam olur. Bu münasibətlə babaları Şamil, Paşa, nənələri Xatirə, Sona, atası Elçin, anası Aysel, dayısı Samir, dayısı yoldaşı Dürdanə və yaxın qohumları ürəkdən təbrik edir, ona can-sağlığı, gözəl günlər diləyirlər. Valideyinlərinin, baba və nənələrin sevimlisi və fəxri olan Emil bala! Sənin ad günün, şad günün münasibətilə təbrik edir. Bu çətin keşməkeşli həyat yollarında daima qururla, inamla irəliləməyi diləyir, valideyinlərin fəxri olmağı arzulayırıq. Öz layiqli əməllərinlə daima səni sevənlərin başını uca edəsən. Tanrı heç bir zaman o şən üzündən təbəssüm əksik etməsin. Emil bala həyatın səma qədər hüdudsuz, ulduzlar qədər ləkəsiz, güllər qədər təravətli olsun.
Atalı-analı böyü boya başa çat
Yollarında güllər bitsin qatbaqat
Sevinc tapsın yollarında toy-busat
Emil bala ad günün mübarək olsun
Fərəhli şad günün mübarək olsun
Bizdə “Ulu Səs” qəzeti və "ULUSƏS.COM.AZ" xəbər portalının redaksiyasının kollektivi
olaraq Emil balanı ad günü münasibətilə təbrik edirik..