Şirin-şəkər Ruad balanın 7 yaşı tamam olur. Bu münasibətlə babaları Natiq, Malik, nənələri Sudabə, İradə, atası Ramiq, anası Gülnar, Əmisi Samir, bibisi Elnarə və yaxın qohumları ürəkdən təbrik edir, ona can-sağlığı, gözəl günlər diləyirlər. Valideyinlərinin, baba və nənələrin sevimlisi və fəxri olan Ruad bala! Sənin ad günün, şad günün münasibətilə təbrik edir. Bu çətin keşməkeşli həyat yollarında daima qururla, inamla irəliləməyi diləyir, valideyinlərin fəxri olmağı arzulayırıq. Öz layiqli əməllərinlə daima səni sevənlərin başını uca edəsən. Tanrı heç bir zaman o şən üzündən təbəssüm əksik etməsin. Ruad bala həyatın səma qədər hüdudsuz, ulduzlar qədər ləkəsiz, güllər qədər təravətli olsun.
Atalı-analı böyü boya başa çat
Yollarında güllər bitsin qatbaqat
Sevinc tapsın yollarında toy-busat
Ruad bala ad günün mübarək olsun
Fərəhli şad günün mübarək olsun
Bizdə “Ulu Səs” qəzeti və "ULUSƏS.COM.AZ" xəbər portalının redaksiyasının kollektivi
olaraq Ruad balanı ad günü münasibətilə təbrik edirik..