ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.
Heydər Əliyev
Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.
Son günlər ölkə KIV-lərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin irektoru Əkbər Həsənov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.
Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “Milli Hidrometeorologiyanın gizli korrupsioneri: Əkbər Həsənov haqda şok məlumatlar” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqaq bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Əkbər Həsənovun fəaliyyətindən yazmırlar? Amma indiki halda nala mıxa vurub Əkbər Həsənovun gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Əkbər Həsənov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktordur.
Direktor müavini İlqar müəllim - 2018-ci ildə Milli Hidrometeorologiya Departamenti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş iş planı və müşahidə plan-proqramlarına uyğun olaraq respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik, radiometeoroloji və aeroloji müşahidələr, dəniz hidrometeoroloji, aviameteoroloji, təbii mühitin çirklənməsi üzrə (atmosfer havası, səth suları, torpaq yağıntı, radiasiya fonu) müşahidələrin fasiləsiz olaraq aparılmasını, hidrometeoroloji şəraitin öyrənilməsini, qısa və uzun müddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsini həyata keçirib, dövlət orqanlarına, təşkilatlara və əhaliyə hidrometeoroloji xidmət göstərib. Gündəlik proqnoz və xəbərdarlıqlar vaxtında tərtib olunaraq bülleten formasında çap edilərək əlaqədar təşkilatlara operativ şəkildə təqdim olunub.