Son 1,5 ildə hərbi anbarlarda baş verən hadisələr nəticəsində Ukrayna malik olduğu hərbi sursatın 40 faizini itirib.
“Zerkalo nedeli” nəşrinə istinadla xəbər verir ki, 2017-ci ilin əvvəlindən tapança gülləsindən başlayaraq “Toçka-U” ballistik raketlərinə qədər bütün növ sursatlardan ümumilikdə 210 min ton məhv edilib. Bu isə Ukrayna ordusunun Donbasda keçirdiyi əməliyyat zamanı sərf etdiyi sursatdan 3 dəfə çoxdur.
Qeyd olunur ki, Ukrayna büdcəsi itkiləri bərpa etmək gücünə malik deyil. Məsələn, 152 millimetrlik top mərmisi dünya bazarında 2-3 min dollara satılır.