Daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfiqari bəyan edib ki, əksər əyalətlərdə vəziyyət normallaşıb və 20 çox insanın ölümü ilə nəticələnən etiraz aksiyaları tezliklə başa çatacaq.
Oxu.Az-ın xəbərinə görə, onun sözlərini Press TV telekanalı sitat gətirir.
“Ölkənin aksiyalar keçirilən əksər əyalətlərində vəziyyət normallaşıb. 20 nəfərədək şəxsin həyatına son qoyan etirazlar yaxın zamanda başa çatacaq”, - Hüseyn Zülfiqari bildirib.
Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.