• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

DGK sədri: İl ərzində bir tondan çox narkotik dövriyyədən çıxarılıb

Tarix : 19-11-2018, 12:24 Oxunub : 449 Bölmə :gundem / ust / manset
DGK sədri: İl ərzində bir tondan çox narkotik dövriyyədən çıxarılıb





















2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyasında deyib.

O bildirib ki, qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub:

“Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub, müasir texnika və avadanlıqlarla təchiz edilib.

Cari il ərzində gömrük orqanları tərəfindən 18 mart 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin oxlarının içərisindən 50 kq 800 qr heroin, 23 aprel 2018-ci il tarixdə Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqu hissəsindən 104 kq 530 qr heroin, 23 may 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqusundakı odadavamlı plitələrin arasında gizlədilmiş 500 kq 635 qr heroin aşkarlanıb”.

DGK sədri qeyd edib ki, bundan əlavə, 2018-ci il iyulun 5-də Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası nəticəsində qoşquda gizlədilmiş 256 kq 365 qr heroin aşkar edilib:

“İyulun 23-də Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası və “buster” cihazının tətbiqi nəticəsində qoşqunun təkərləri arasında oxların içərisində gizlədilmiş 48 kq 430 qr tiryək, 1 sentyabr 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobili rentgen qurğusundan keçərkən avtomobilin dartıcısının tavan hissəsində gizlədilmiş 41 kq 400 qr. tiryək, 7 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində yük avtomobilində gizlədilmiş 105 kq heroin aşkar edilib”.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Prezidentdən Gömrük Komitəsi ilə bağlı - Sərəncam

    Prezidentdən Gömrük Komitəsi ilə bağlı - Sərəncam ...

    18-11-2018, 12:16

  • Gömrük Komitəsinin sədri struktur islahatlarından danışdı

    Gömrük Komitəsinin sədri struktur islahatlarından ...

    12-09-2018, 11:18

  • Əli Həsənov: Narkotiklərin 80 faizi ölkəyə cənubdan daxil olur

    Əli Həsənov: Narkotiklərin 80 faizi ölkəyə ...

    25-06-2018, 13:01

  • Bakıda dərman mafiyasına qarşı əməliyyat: Həbs edilənlər var

    Bakıda dərman mafiyasına qarşı əməliyyat: Həbs ...

    8-05-2018, 08:36

  • Aydın Əliyev şok rəqəmlər açıqladı

    Aydın Əliyev şok rəqəmlər açıqladı ...

    30-01-2018, 19:25



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

    Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

  • Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

    Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

  • ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

    ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

  • Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

    Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

  • Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

    Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

  • Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

    Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

  • “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

  • Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

    Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

  • Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

    Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

  • Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”

    Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb

  • İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi

    İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi

  • Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi

    Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi

  • Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

    Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

  • Kahramanmaraşda zəlzələlər səngimir

    Kahramanmaraşda zəlzələlər səngimir

    © Copyright 2019, Bütün hüquqlar qorunur!