Miskin Abdal ocağının aşiqi, Aşıq Ələsgər ruhu ilə qəlbində 30 illik vətən həsrətini yaşadan, dərviş olub diyar- diyar gəzən bir şairin ürəkləri riqqətə gətirən əsərləri bu günlərdə qonağınızdır. Ağrı dağdan pərvazlanan, Şah dağından qandlanan şeirlər Türk dünyasına yol alıb. Müqəddəs yolun yolçuluğunda şair Qurbana, laməkan dərvişə uğurlar arzulayırıq. Qəlbində Göyçə həsrətini yaşadan xalqımın sevimli oğlu, böyük Allahın dərgahında hər sözünüz, hər misranız ən yüksək mərtyəbədə yer alır.
***
***
***