Bakıdakı 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsinə təyinat olub.
ULUSƏS-in “Qafqazinfo”-ya istinadən xəbərinə görə, müvafiq əmrlə liseyin direktoru vəzifəsinə professor Nasim Abışov təyin olunub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan faktı təsdiqləyiblər.
Qeyd edək ki, N. Abışov 178-li tam orta məktəbdə direktor vəzifəsində çalışıb.
Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova ötən ilin sentyabrında 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunub.