Həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. Onu da yaxşı bilirik ki, həkimlik sənəti eyni zamanda çox məsuliyyətli bir sənətdir. Yəni insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən. Həkimlik sənətinin incəliklərini əslində bir həkimdən eşitmək daha doğru olardı. Elə mən də bu barədə Bakı şəhəri 10 saylı Birləşmiş şəhər xəstəxanası poliklinika işləri üzrə baş həkimi müavini Həsən Quliyevdən açıqlamasını xahiş edirəm:
-Həkim olmaq sasndır, yəni oxusan, həkim ola bilərdən. Ancaq yaxşı həkimmi olarsan, onu bilmək çətindir. Düzdür, universitetdə, akademiyada hər şeyi öyrədirlər, insanın bədənini qarşına qoyurlar, onun incəliklərin anlatmağa başlayırlar. Ancaq bunlardan da ən vasibi təcrübədir. İnsan təcrübədə daha yaxşı öyrənir, xəstələrlə münasibətdə öyrənir. Belə ki, bir insanı dinləmək, onun xəstəliklərini araşdırmaq, dəqiq diaqnoz qoymaq həqiqətən çətindir. Bəzi həkimlər var ki, onlar heç xəstəni dinləmək bacarığına da malik deyillər. Elə buna görə də müəyyən vaxt keçəndən sonra belə həkimlər sıradan çıxırlar. Əsl həkimlər, əsl sənət, peşə sahibləri isə elmin dalınca gedirlər. Çünki elm olan yerdə ucalmaq mümkündür. Elm insanı ucaldır, zirvələrə daşıyır.
Mən həkimlik sənətini elə-belə seçməmişəm, onun vurğunu olmuşam. Elə bilirəm ki, dünyaya yenidən gəlsəm, yenə də həkim olaram. Bir xəstəni sağaltmaq, onu yenidən həyata qaytarmaqdan gözəl nə ola bilrə ki!
Mən həqiqətətn sənətimin vurğunuyam. Xəstələrimlə yaşayıram, onların sağlamlığı mənim də sağlamlığımdır. Uzun illərdir burda işləyirəm. İnşallah, burdan da təqaüdə yollanaram.
Həkimlik sənəti həqiqətətn şərəfli bir peşədir. Poliklinikamıza gələn xəstələrin hamısı demək olar ki, bizim şöbənin həkimlərindən razılıq edirlər. Onlara hər cür xismət etmək bizim borcumuzdur. Biz bu gün həmin borcu layiqincə yerinə yetiririk. Həkimkil anddır, həkimlik vicdandır, həkimlik müqəddəsdir. Biz bu gün bunların hamısına riayət edirik. Həkim kimi mənə müraciət edən xəstələrin hamısını dinləyir, onlara dəqiq diaqnoz qoyulur, sonra da, onların müalicəsinə başlayırıq. Bu gün dövlət poliklinikalarına müraciət edən xəstələr daha çoxdur. Çünki özəl poliklinikalar təsərrüfat hesablıdır və onlardan müəyyən miqdarda pul tələb olunur. Lakin bizdə belə bir şey yoxdur. Ona görə də xəstələrimizi erəklə yola salırıq. Aztəminatlı ailələrdir ki, onların əksərriyyətinə də çox vaxt dərman pereparatlarının alınmasında köməklik edirik. Bu da təbii ki, bizim içimizdən gələn bir hissdir.
Mən bir həkim kimi əlimdən gələn köməkliyi xəstələrə edirəm. Onların hər cür qulluğunda durmağa çalışıram.
Həkimlik sənəti hər bir ağ xalat geyinən insanın müqəddəs andıdır. Ağ xalatlı insanlar müqəddəs bir xalat daşıyırlar çiyinlərində. Heç bir həkim də istəməz ki, o ağ xalata hardasa kiçicik bir ləkə salsın.
Mən indiyə kimi bu ağ xalata hörmət etmişəm, onu əynimə geyindiyim gündən ona ləkə salmayacağıma and içmişəm. Şükür ki, bu günə kimi andıma sadiq qalmışam və bundan sonra da qalacağam.
ulusestv.az