ulusestv.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.
Ümumi sahəsi 200 m² olan ikimərtəbəli dörd otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.