Gürcüstan ilə Azərbaycan arasında sərhədlərin dəqiq müəyyən olunması iki ölkə arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu bəyanatla Gürcüstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Xatiya Moistsrapişvili çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin delimitasiyası və demorkasiyası Prezident Salome Zurabişvilinin Azərbaycana səfəri zamanı diqqət mərkəzində olub. Tərəflər sərhədlərin delimitasiyası və demorkasiyası üzrə komissiyanın fəaliyyətinin bərpası barədə razılığa gəliblər.
“Bu komissiyanın fəaliyyətinin bərpası iki dost ölkənin münasibətlərinin inkişafında irəliyə doğru daha bir addım olacaq”, - deyə Moistsirapişvili vurğulayıb.
Gürcüstan ilə Azərbaycan arasında sərhədlərin uzunluğu 446 kilometrdir. Bu məsafənin hələlik üçdə bir hissəsi hələlik delimitasiya olunmayıb.
Sərhədlərin delimitasiyası və demorkasiyası ilə bağlı Gürcüstan-Azərbaycan hökumətlərarası komissiya 1996-cı ildə yaradılıb.