Qanlı yanvar faciəsindən xalqımızı 28 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.
Qanunsuz qoşunların yeridilməsi nəticəsində 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 844 nəfər isə həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili tibbi yardım işçiləri də olmuşdur.
Azərbaycan xalqına törədilən vəhşiliklər xalqımızı sarsıda bilmədi. 20 yanvar faciəsi xalqımızın qəlbində silinməz bir iz buraxdı. Xalqımız artıq 20 yanvar faciəsinin 28-ci ildönümünü qeyd edit. Azərbaycan respublikasının preizdenti cənab İlham Əliyev demişdir: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
Bu matəm günü əfərəsində Azərbaycan xalqına və 20 yanvar şəhidlərinin valideyinlərinə dözülməz səbr və şəhidlərimizə Allahdan rəhmət diləyirik.
“Ulusəs.com.az” xəbər portalının rəhbəri və kollektivi