Hacıqabul rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Hacıqabul sakini, 2012-ci il təvəllüdlü Rəhimova Şahanə Həsən qızı kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Azyaşlı xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, Ş.Həsənova həmyaşıdları ilə oynayarkən ona atılan daş gicgahına dəyib.
Faktla bağlı araşdırma aparılır.