Həyat boyu insan arzularla yaşayır. Şərəfli peşə, sənət sahibi olmaq hər bir insanın ümdə arzusudur. Bu sənət insanlara xeyir verən, nəcib, şərəfli olanda daha gözəl olur. Həkimlər bütün həyatlarını insanların sağlamlığını insanların qorunmasına sərf edirlər. Bundan yaxşı, bundan ülvi nə iş ola bibr! Doğrudur, sənətlər, peşələr, arasında fərq qoymaq, "bu yaxşidir", "bu pisdir" deyə onları bir-birindən ayırmaq düzgün olmaz. Belə həkimlərdən də biridə 7 saylı doğum evinin baş həkimi Xatirə Murtuzayevadır. 7 saylı doğum evində peşəkar həkimlər fəaliyyət göstərirlər.
Xatirə həkim dünyaya gələcək körpələrin sağlamlığının keşiyində möhkəm əzmlə dayanmağı bacarır. О həyatının hər bir anını maraqlı etməyə çalışır, zəhməti isə boşa getmir. "Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışır". Xatirə həkim öz ağlı dərin dünya görüşü, peşəkarlığı, savadı ilə seçilir. О öz zəhməti hesabına bir çox uğurlar əldə edir, saysız hesabsız dünyaya gələn körpələrin sağlam olmasında böyük əməyi olub. Ümudsüz körpələrin həyatına sevinc qığılcımları səpib, həyatdan küskün olan körpəbri ikinci dəfə həyata qaytarır. Xatirə həkim çalışdığı 7 saylı doğum evində hər kəsin dərin hörmətini və rəğbətini qazanıb. Xatirə həkim peşəkar həkim olmaqla həmdə milli mətbuatı həmişə diqqət mərkəzində saxlayır. 7 saylı doğum evinin baş həkimi Xatirə Murtuzayevanın timsalında qəlbimdən belə bir deyim keçdi: “nə yaxşı ki, yaxşılar yaşayır”.
Şəxsən “ulusestv.az” xəbər portalının rəhbərliyi adından 7 saylı doğum evinin baş həkimi Xatirə Murtuzayevaya uzun ömür can sağlığı, çətin şərəfli peşəsində uğurlar arzulayıram.
Şamil Məmmədəlioğlu