Tədbirdə bir çox tanınmış siyasi xadimlər, elm və sənət adamları iştirak etmişlər. O, cümlədən Milli Məclisin üzvü Aydın Hüseynov, “Gözdən Əlil Şəxslərin Reabilitasiyası” İctimai Birliyinin təsisçi-sədri İntiqam Əliyev digər təsisçilərin Faiq Orucov, Nadir Mustafayev, İslam Qafarov, “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycan Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin sədri – “Mərhəmət elçisi” jurnalının təsisçi-direktoru şair-publisist Tahirə xanım İsmayılova, “Mərhəmət elçisi” jurnalının redaktoru şair-publisist Nizami Kolanlı, “Ulu səs” qəzeti və “ulusestv.az” xəbər portalının baş redaktoru Şamil Cəfər, “AtaTv.az” xəbər portalının baş direktoru Rəsafil Bayramov, “GEN TV”-nin rəhbəri Nicat müəllim, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin fəalları Nazim İmanov, Emil Səttarov, Nail Bağırzadə, Fərid Səfərov, Çingiz Mahmudov və Elşad Həmidovun yaxın dostları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə “Mərhəmət çırağı” jurnalının baş redaktoru Gülnara Həmidova açıq elan etmiş və mərhum Elşad Həmidovun yaxın dostu- Telman Mirzəyevin aparıcılığı ilə tədbir davam etmişdir. Tədbir iştirakçıları “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin mərhum sədri Elşad Hımidovla bağlı öz xatirələrini səsləndirmiş, onun hələ 2013-cü ildə təsis etdiyi “Mərhəmət çırağı” jurnalının işıq üzü görməsi ilə bağlı öz ürək sözlərini söyləmiş və bu işdə jurnalın baş redaktoru Elşad Həmidovun cəsarətli bacısı Gülnara xanım Həmidovaya gələcək fəaliyyətində uğurlar arzulamışlar. Tədbirdə həmçinin Elşad Həmidovun həyat yolu və fəaliyyətilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Tədbirin sonunda “Mərhəmət çırağı” jurnalının baş redaktoru Gülnara xanım Həmidova tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək vurğulamışdır ki, son dərəcədə vətənpərvər insan, yorulmaq bilməyən, zəhmətkeş, xalqını, dövlətini sevən Elşad Həmidovun əziz xatirəsini əbədi yaşatmaq naminə onun təsis etdiyi “Mərhəmət çırağı” jurnalı bundan sonra mütəmadi olaraq oxucularının görüşünə gələcəkdir və Elşad Həmidovun şərəfinə təsis etdiyi “Merhemetciragi.az” xəbər portalı gündəlik fəaliyyət göstərib, müstəqil dövlətimizin möhkəmlənməsinə xidmət edəcəkdir.