Bu gün hüquq müdafiəçisi, "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin keçmiş sədri, xeyirxah əməlləri ilə xatirələrdə əbədi yaşayan mərhum Elşad Həmidovun doğum günüdür. Yaşasaydı 52 yaşını qeyd edəcəkdir. Haqq-ədalətin bərqərar olması naminə köməyini əsirgəməzdi. Ümid çırağı olmaqla ömrünü şam təki əridə Elşad müəllim öz haqq səsi ilə hər kəsə gayaq oldu. Elşad Həmidov "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi naminə gördüyü böyük işlər danılmazdır. Xatirənizi ehtiramla yad edirik.