Bərdədə məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb