Xəzər rayonunda 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsində 2 minik avtomobili toqquşub.
Hadisə zamanı hər iki avtomobilin sürücüləri - 1975-ci il təvəllüdlü Hümmətov Bəxtiyar Məmmədqulu oğlu və 1980-ci il təvəllüdlü İsmayılov Səxavət İsmayıl oğlu yaralanıb.
Hər iki sürücü xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.